Azərbaycanda qəbul imtahanları ləğv oluna bilərmi? – Şərh

Azərbaycanda qəbul imtahanları ləğv oluna bilərmi? – Şərh
 

"Gec-tez vahid imtahan sistemi qurulacaq. Dünyanın sivil ölkələrində belədir. Məsələn, Estoniyada da bu sistem var. Buraxılış və dövlət imtahanları ayrı-ayrı vaxtlarda verilir. Lakin bu imtahanın nəticələri arasında fərq demək olar sıfır dərəcədədir”.

Bu sözləri "Yeni Sabah”a açıqlamasında təhsil eksperti Kamran Əsədov millət vəkili Asim Mollazadənin qəbul imtahanları ləğv olunmalıdır fikrinə münasibət bildirərkən deyib. Onun sözlərinə görə, bizdə buraxılış və dövlət imtahanı arasındakı fərq xeyli yüksəkdir: 

"Ona görə, risk edib, vahid imtahana keçmək istəmirlər. Onsuz da buraxılış imtahanı bir növ fiksiyadır. Şagird tam orta məktəbi müvəffəqiyyətlə bitiribsə, orta məktəbdə aldığı qiymətlər əsasında ona attestat verilir. İmtahanın nəticəsinin dəyişəcəyi hal yoxdur. 

Ona görə, düşünürəm ki, vahid imtahana keçirilmə prosesi çox çəkməyəcək. Optimal variant attestat imtahanlarının ləğv edilməsidir. Nəzərə alanda ki, abituriyentlər 3 ayrı-ayrı fəndən ali məktəbə hazırlaşırlar, onları yükləyib attestat imtahanlarına cəlb etmək düzgün deyil. Vahid imtahanın keçirilməsi daha yaxşı olardı. Məhz bu imtahanın nəticələrinə görə, fərqlənmiş abituriyentlər ali məktəbə daxil olardılar. Bu həm əlavə vaxt itkisinin qarşısını alar, həm də məzunlar əlavə yükdən azad olar”.

Əsmər Qabil

OXŞAR XƏBƏRLƏR

Nazirlikdən növbəti tədris ili ilə bağlı TAPŞIRIQ

  Təhsil nazirinin müavini Məhəbbət Vəliyevanın iştirakı ilə "Ümumi təhsil sahəsində 2019-2020-ci tədris ilinin yekunu və növbəti tədris ilinə hazırlıq” m...

“Abituriyentlər üçün dərs vaxtı”nın sabaha olan cədvəli açıqlanıb

  Təhsil Nazirliyinin təşkilatçılığı ilə "Mədəniyyət” və "ARB Günəş” kanallarında yayımlanan "Abituriyentlər üçün dərs vaxtı”nın iyulun 2-nə olan cədvəli ...

Azərbaycanda koronavirusa görə DAHA BİR QADAĞA - 1 avqustadək LƏĞV EDİLDİ

  Ölkə ərazisində xüsusi karantin rejiminin müddətinin uzadılması barədə müvafiq qərara uyğun olaraq, Təhsil Nazirliyinin Vətəndaşların Qəbulu Mərkəzi 202...

Buraxılış imtahanlarının nəticələri açıqlandı

 İyunun 24-25-də keçirilən doqquzuncu sinif buraxılış, doqquz illik təhsil bazasında kolleclərə qəbul, doqquz və 11 illik təhsil səviyyələri üzrə Azərbayca...

Peşə təhsili üzrə teledərslərin 26 iyun cədvəli

  "Mədəniyyət" telekanalında yayımlanan peşə təhsili üzrə "teledərslərin 26 iyun tarixi üçün cədvəli açıqlanıb. Sfera.az xəbər verir ki, "Dərs vaxtı" pro...

"Abituriyentlər üçün dərs vaxtı"nın sabahkı cədvəli açıqlanıb

  Təhsil Nazirliyi "Mədəniyyət" telekanalında yayımlanan "Abituriyentlər üçün dərs vaxtı" proqramının iyunun 25-i üçün müəyyən edilən dərs cədvəlini açıql...