Azərbaycanda qazın qiymətinə DƏYİŞİKLİK EDİLDİ
14:41 / 16.10.2021
4399
Tarif (Qiymət) Şurasının bu gün keçirilmiş növbəti iclasında qurumun "Elektrik enerjisinin ölkədaxili tariflərinin tənzimlənməsi barədə” qərarına dəyişiklik olunub.
Sfera.az Tarif Şurasına istinadən xəbər verir ki, dəyişikliyə əsasən, qazla bağlı əhalinin illik istehlakının 1200 m3 -dək olan hissəsi üçün tariflər 10 qəpikdən 12 qəpiyə artırılıb.
İstehlak səbətində bir nəfər üçün aylıq qaz istehlakı həcmi 21 kub metr müəyyənləşdirilib. Orta statistik ailə tərkibinin 4 nəfər olduğunu nəzərə alsaq, bu da il ərzində təxminən 1.000 kub metr qaz istehlakı deməkdir. Yeni tariflərin istehlak edilən qaz üzrə ödəmələrində 4 nəfərdən ibarət bir ailənin aylıq istehlak səbətinə birbaşa təsiri 1,72 manat həddində olacaq.