Azərbaycanda qaz sayğacları ilə bağlı YENİLİK – FOTO

Azərbaycanda qaz sayğacları ilə bağlı YENİLİK – FOTO
Təbii qaz sayğaclarının uzaq məsafədən oxunma cihazları Azərbaycana gətirilib. İlkin olaraq bu cihazlar çoxmərtəbəli binaların mənzillərinin çöl eyvanlarında olan qaz sayğaclarında quraşdırılıb. Beləliklə, abonent ilə Birliyin nəzarətçilərinin təması minimuma enəcək və sayğac oxunmalarında operativlik təmin ediləcək.
 
Sfera.az xəbər verir ki, bu cihazların alınmasına dair aparılan danışıqların yekunu olaraq Türkiyənin "Atlas sayğac və ölçü cihazları” şirkətinin təkliflərinə üstünlük verilib. Şirkətin rəhbəri Saleh Bakırın rəhbərlik etdiyi nümayəndə heyəti Bakıdadır və test yoxlanışları onların iştirakı ilə icra olunur.
 
Qeyd edək ki, mexaniki sayğacların göstəricilərinin fiziki olaraq oxunuşu üçün xeyli sayda nəzarətçi işə cəlb olunur.
 
Bu baxımdan işin səmərəliliyinin artırılması məqsədilə, qərara alınıb ki, abonentlərin istifadəsində olan mövcud mexaniki sayğaclara əlavə onlayn nəzarət cihazları yerləşdirilsin.
 
Radiodalğa ötürücüləri ilə çalışan cihazlar imkan verir ki, uzaq məsafədən nəzarətçi fərdi yaşayış evinə yaxınlaşmadan səyyar terminalla mexaniki sayğacın məlumatlarını bir neçə dəqiqə ərzində oxuyaraq mərkəzi bazaya ötürsün. Mexaniki sayğac öz funksiyasını əvvəlki kimi yerinə yetirir.
 
Sadəcə qaz axını ilə bağlı məlumatlar paralel olaraq uzaqdan idarəediləcək formada cihazın qeydiyyatına düşür.
 
Bu cihazlar fiziki müdaxilə olmadan uzaqdan idarəetmə ilə borclu abonentin mexaniki sayğacının klapanının bağlanmasına da şərait yaradır.
 
Onlayn nəzarət cihazları mexaniki sayğacların göstəricilərinin ilin sonunda tam vaxtında oxunmasını təmin edəcək.
 
Yəni aşağı tarifli güzəştli limitlə bağlı keçid dövrünü smart-kart tipli sayğaclarda olduğu kimi mexaniki sayğaclarda da eyni vaxtda – hər il dekabrın 31-də tənzimləmək üçün şans yaranır.
 
Bu barədə video materialla bu sosial şəbəkə ünvanından tanış ola bilərsiniz:

 

 

OXŞAR XƏBƏRLƏR

Real Barbi olmaq istəyir - FOTOLAR

28 yaşlı Eşli Kimberli Barbi kuklasına oxşamaq üçün əməliyyatlara 80 min funt sterlinqdən çox pul xərcləyib. Amma modelin sözlərinə görə, hələ də işini tam biti...

Süni intellekt sayəsində Platonun dəfn edildiyi yer müəyyən edildi - FOTO

Piza Universitetinin alimləri məşhur filosof Platonun dəfn yerini müəyyən edə biləcəklər.   Sfera.az bildirir ki, tədqiqatçıların araşdırması İtaliya...

“Bi-2” qrupu Moldovadan vətəndaşlıq istədi

Rusiyanın “Bi-2” qrupunun bir neçə üzvü müharibə əleyhinə mövqelərinə görə bir sıra təqiblərdən sonra Moldova vətəndaşlığı üçün müraciət edib. Bu ba...

Beyons pərəstişkarlarına təbii saçlarının necə göründüyünü göstərdi

Məşhur superstar Beyons pərəstişkarlarına saçlarına necə qulluq etdiyini göstərib. O, sosial şəbəkə səhifəsində gözəllik salonundan görüntülər yayımlayıb. &n...

"Super ana": 38 ildə 74 yeniyetməni övladlığa götürdü

83 yaşlı Norma Şou və həyat yoldaşı İan 38 ildə 74 yeniyetməni övladlığa götürüb.    Sfera.az bildirir ki, ana olduğu müddətdə Norma Şou çox şey...

100 il itmiş hesab edilən tablo Vyanada hərracda çıxarıldı

Avstriya paytaxtının hərrac evlərinindən birində məşhur avstriyalı modernist rəssam Qustav Klimtin 100 il ərzində itmiş hesab edilən yarımçıq qalmış əsəri hərra...