Azərbaycanda qan-damar sistemi xəstəliklərindən əziyyət çəkən uşaqların sayı AÇIQLANDI

Azərbaycanda qan-damar sistemi xəstəliklərindən əziyyət çəkən uşaqların sayı AÇIQLANDI
"Hazırda anadangəlmə ürək qüsurlarının rast gəlmə tezliyi dünyanın müxtəlif ölkələrində fərqli diapazonlarda dəyişir. Azərbaycanda bu nisbət hər 1000 doğuşa 7-8 ürək qüsurlu yenidoğulmuş təşkil edir. Əslində bu kiçik populyasiyalar üçün böyük rəqəmlərdir".

Sfera.az  xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti (uşaq kardioloqu) Elnur Həsənov deyib.

Onun sözlərinə görə, ürək qüsurları bətndaxili inkişafın müxtəlif dövrlərində bir çox faktorların təsiri nəticəsində əmələ gələ bilər: "Buna gen, xromosom səviyyəsində olan dəyişikliklər, embriogenezin artıq ürəyin formalaşmağa başladığı dövrünə təsadüf edən pozğunluqlar və ya hamiləlik dövründə ana orqanizminə təsir edən xarici faktorlar (dərman qəbulu, alkoqol və ya siqaret istifadəsi, digər zərərli vərdişlər) aiddir. Molekulyar səviyyədə baş verən dəyişikliklərə xromosom və gen anomaliyaları aiddir. Bunlardan hamımızın bildiyi xromosom artıqlığı səbəbi ilə yaranan Daun sindromudur".

Mütəxəssis qeyd edib ki, bu xəstələrin təxminən 40%-i ürək qüsuru ilə anadan olur: "Qüsurlu xəstələrin demək olar ki, böyük faizi erkən yaşda cərrahi müalicəyə ehtiyac duyur. Ümumilikdə, 2020-ci il ərzində Azərbaycanda 18 yaşına qədər qan-damar sistemi xəstəliklərindən əziyyət çəkən 12 min 465, anadangəlmə anomaliyalar (inkişaf qüsurları), deformasiyalar və xromosom pozuntuları problemi ilə isə 2021 uşaq qeydiyyata alınıb".
Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

Uğur Şahin “Omircon” ştamından danışdı: "Üçüncü doza ən qısa zamanda vurulmalıdır"

"BioNTech” şirkətinin qurucularından olan professor Uğur Şahin və Özlem Türeci COVID-19-un yeni variantı ilə bağlı hər hansı panikaya ehtiyac olmadığını bildiri...

"Omicron" ştammı Azərbaycanın sərhədlərinə kimi gəldi – Nə etməli?

"Omicron" ştammı Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən narahatlıq doğuran mutasiyalar siyahısına əlavə edilən beşinci mutasuyadır. Bu virusun əsas sim...

“Omikron” digər ştamlardan nə ilə fərqlənir? - ARAŞDIRMA

Çin alimləri müəyyən ediblər ki, koronavirusun yeni ştammı "Omikron” sürətlə yayılır, çox dayanıqlıdır və immunitet sistemini parçalayır. Sfera.az xəbər v...

Bir gündə 41 minə yaxın şəxs peyvənd olundu

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 40 658 vaksin vurulub. Sfera.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qəra...

Azərbaycanda koronavirusa yoluxanların sayı artdı - 23 nəfər vəfat etdi

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 1 678 yeni yoluxma faktı qeydə alınıb, 1 934 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabi...

Həbsdə olan jurnalistin səhhəti pisləşdi

Həbsdə olan jurnalist, "Azadinfo.az" saytının rəhbəri Mahir Ələkbərovun (Xəttab) səhhətində problemlər yaranıb. Sfera.az xəbər verir ki, bunu Trend-ə açıq...