Azərbaycanda qadın əri tərəfindən bıçaqlandı

Azərbaycanda qadın əri tərəfindən bıçaqlandı
Qaxda qadın əri tərəfindən bıçaqlanıb.

Sfera.az APA -ya istinadən xəbər verir ki, hadisə axşam saatlarında rayonun Qaxbaş kəndində baş verib.
Rayonun Qaxbaş kənd sakini, 1988-ci il təvəllüdlü Zümrüd Abdulla qızı Qarcıyeva sol kürək nahiyəsinin kəsilmiş, lakin daxilə nüfuz etməyən xəsarət, sol alın-təpə nahiyəsinin yumşaq toxumalarının və burunun əziyi xəsarətləri ilə Qax Rayon Mərkəzi Xəstəxanasına daxil olub.

Müayinə zamanı 33 yaşlı Z. Qarcıyevanın yaşadığı ünvanda ailə münaqişəsi zəminində əri tərəfindən döyüldüyü və bıçaqla xəsarət yetirdiyi məlum olub.

Z. Qaqcıyevanın müalicəsi hazırda xəstəxanada davam etdirilir, vəziyyəti orta-stabil qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.
Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

İki gün öncə əsgərlikdən qayıtmışdı, dəm qazından öldü

İsmayıllı rayonunda gənc oğlan dəm qazından zəhərlənərək ölüb. Sfera.az-ın APA-ya istinadən xəbərinə görə, hadisə bu gün rayonun Müdrüsə kəndində qeydə al...

Bakıda şirkət əməkdaşı qəza törətdi, 3 nəfər öldü

Bakıda şirkət əməkdaşı qəza törədib, 3 nəfər ölüb. Sfera.az xəbər verir ki,  hadisə yanvarın 18-də paytaxtın Binəqədi rayonu, Binəqədi şosesində qeyd...

Ötən gün yol qəzalarında 4 nəfər öldü

Azərbaycanda ötən gün baş verən yol-nəqliyyat hadisələri nəticəsində ölənlərin sayı açıqlanıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Sfera.az-a bi...

88 yaşlı kişi özünü tüfənglə öldürdü

Salyan sakini intihar edib. Sfera.az-ın məlumatına görə, hadisə Salyan şəhər 20 Yanvar küçəsində qeydə alınıb. Belə ki, həmin küçədə yaşayan 88 yaşl...

Goranboy sakini minaya düşdü, ayağı amputasiya edildi

Goranboy sakini minaya düşüb. Sfera.az xəbər verir ki, hadisə rayonun Tapqaraqoyunlu kəndində qeydə alınıb. Kənd sakini, 1996-cı il təvəllüdlü Məmmə...

Samur-Abşeron kanalına düşən şəxsin meyiti tapılıb ANBAAN VİDEO

Samur-Abşeron kanalına düşən şəxsin meyiti tapılıb.  Sfera.az xəbər verir ki, Sumqayıt şəhər Hacı Zeynalabdin Tağıyev qəsəbəsinin sakini Hekayət İbra...