Azərbaycanda qadağalar geri qayıdır... - Bu iş yerləri bağlana bilər

Azərbaycanda qadağalar geri qayıdır... - Bu iş yerləri bağlana bilər
 

Bildiyiniz kimi, Şəki şəhərində "Şəki Bazar” ASC-də alqı-satqı ilə məşğul olan 12 nəfərin virusa yoluxduğu aşkar edilib. Bu səbəblə bazar 3 günlük bağlanıb.

Sfera.az  xəbər verir ki , bazar, kafe-restoran, geyim dükanları və başqa bunun kimi insanların sıx toplandığı yerlərdə virusa yoluxma riski daha çoxdur. Belə məkanlarda insanlar sosial məsafə saxlamalı və qoruyucu maskadan istifadə edilməlidir. Əks halda qapalı məkanlar yoluxmanın artmasında yardımcı vasitəyə çevrilə bilər.

Dünya təcrübəsində də görürük ki, sərt karantin rejimini ləğv edən, virusa ciddi yanaşmayan bəzi ölkələr yenidən infeksiya ocağına çevrilirlər. Bəs, bu risk ölkəmiz üçün də keçərlidir? Karantin rejiminin yumuşaldılması nəticəsində insanların sıx toplaşmağa başlaması, əsasən də qapalı məkanların bu toplaşmaların mərkəzinə çev  ,rilməsi koronavirusa yoluxmanı artıra bilərmi?

Tibb elmləri üzrə fəlsəfə doktoru Vasif İsmayıl  bu hal virusa yoluxmanı yenidən artıra bilər:

"Əlbəttə, sosial məsafəni gözləməmək, qoruyucu maskadan istifadə etməmək virusun yayılmasının artmasına səbəb ola bilər. Bu da yenidən sərt karantin rejiminə keçməyə imkan yaratmaq deməkdir. Görülən tədbirlər virusa yoluxma hallarının sürətini və nisbətini azaltmaq üçündür. Əgər hər hansı müalicə, peyvənd tapılmasa, hələki bu virus bizimlə yaşamağa davam edəcək”.

İnsanların səbirsizliklə gözlədiyi toyların nə vaxt və hansı formada keçiriləcəyi  barədə də danışan Vasif İsmayıl deyib: "Toyların başlaması yalnız və yalnız sosial məsafənin qorunmasına riayət olduğu zaman reallaşa bilər. Mövcud şadlıq saraylarının həcmi nəzərə alınaraq, bir salonda 50, yaxud 100 insan olmaqla, rəqs zamanı da yenə 2 metr məsafənin qorunması ilə ola bilər. Bu da milli adətlərimizin nəzdində real görünmür".

(redaktor.az)


OXŞAR XƏBƏRLƏR

Real Barbi olmaq istəyir - FOTOLAR

28 yaşlı Eşli Kimberli Barbi kuklasına oxşamaq üçün əməliyyatlara 80 min funt sterlinqdən çox pul xərcləyib. Amma modelin sözlərinə görə, hələ də işini tam biti...

Süni intellekt sayəsində Platonun dəfn edildiyi yer müəyyən edildi - FOTO

Piza Universitetinin alimləri məşhur filosof Platonun dəfn yerini müəyyən edə biləcəklər.   Sfera.az bildirir ki, tədqiqatçıların araşdırması İtaliya...

“Bi-2” qrupu Moldovadan vətəndaşlıq istədi

Rusiyanın “Bi-2” qrupunun bir neçə üzvü müharibə əleyhinə mövqelərinə görə bir sıra təqiblərdən sonra Moldova vətəndaşlığı üçün müraciət edib. Bu ba...

Beyons pərəstişkarlarına təbii saçlarının necə göründüyünü göstərdi

Məşhur superstar Beyons pərəstişkarlarına saçlarına necə qulluq etdiyini göstərib. O, sosial şəbəkə səhifəsində gözəllik salonundan görüntülər yayımlayıb. &n...

"Super ana": 38 ildə 74 yeniyetməni övladlığa götürdü

83 yaşlı Norma Şou və həyat yoldaşı İan 38 ildə 74 yeniyetməni övladlığa götürüb.    Sfera.az bildirir ki, ana olduğu müddətdə Norma Şou çox şey...

100 il itmiş hesab edilən tablo Vyanada hərracda çıxarıldı

Avstriya paytaxtının hərrac evlərinindən birində məşhur avstriyalı modernist rəssam Qustav Klimtin 100 il ərzində itmiş hesab edilən yarımçıq qalmış əsəri hərra...