Koronavirusdan ölən prokurorun dəfn ediləcəyi rayon açıqlandı
22:13 / 03.12.2020
5047
Koronavirusdan vəfat edən Tərtər rayon prokuroru Şıxəli Alməmmədov sabah dəfn ediləcək.
Sfera.az xəbər verir ki, Ş.Alməmmədov dekabrın 4-də Göygöl rayonunda torpağa tapşırılacaq.
Qeyd edək ki, əslən Zəngilan rayonundan olan Ş.Alməmmədov bu gün koronavirusdan vəfat edib.
21:05
***
Tərtər rayonunun prokuroru Şıxəli Alməmmədov vəfat edib.
Sfera.az xəbər verir ki, bir neçə gün əvvəl onun səhhətində ciddi problem yaranıb. Ş.Alməmmədova COVID-19 diaqnozu qoyulub.
Onun koronavirusdan dünyasını dəyişdiyi bildirilir.(Report)