Azərbaycanda polislərə atəş açıldı: Tutulanlar var - Fotolar

Azərbaycanda polislərə atəş açıldı: Tutulanlar var - Fotolar

Oğuz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin kultivasiyasında və qanunsuz silah-sursat saxlamaqda şübhəli bilinən şəxslər saxlanılıb.

 

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, polis əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Şirvanlı kənd sakinləri - əvvəllər məhkum olunmuş, kriminal aləmə meyilli olan Novruz Umarlı və bibisi oğlu Ayaz Balakişiyev kəndin meşəlik ərazisində əvvəlcədən əkib-becərdikləri narkotik tərkibli çətənə kollarına qulluq edərkən "iş başında” yaxalanıblar. 

Ancaq N.Umarlı törətdiyi cinayət əməlindən yayınmaq üçün qanunsuz olaraq üzərində gəzdirdiyi tapançadan polis əməkdaşlarına atəş açıb. Şöbənin Cinayət Axtarış Bölməsi əməkdaşlarının çevikliyi və peşəkarlığı nəticəsində atəş açan Novruz Umarlı zərərsizləşdirilərək saxlanılıb. 

Oradan qaçmağa çalışan A.Balakişiyev də qısa müddət ərzində Şirvanlı kəndi ərazisində tutulub. Hadisənin baş verdiyi əraziyə baxış keçirilən zaman oradan N.Umarlıya məxsus "Makarov”markalı tapança, içərilərində 15 patron olan 2 sandıqça, gecəgörmə cihazı, maska, əlcək və qohumların birlikdə əkib-becərdikləri 165 ədəd çətənə kolu aşkar olunaraq maddi sübut kimi götürülüb. 

Əməliyyat tədbirlərinin davamı olaraq saxlanılan şəxslərin yaşadıqları ünvanlara da baxış keçirilib. A.Balakişiyevin evinin həyətyanı sahəsindən sellofan torbada 91 qramdan artıq qurudulmamış marixuana, eləcə də lüləsi və qundağı kəsilmiş "TOZ” markalı tüfəng, N.Umarlının kənd ərazisindəki evindən isə 37 qrama yaxın marixuana aşkar edilərək götürülüb.

Faktlarla bağlı Oğuz RPŞ-də cinayət işi başlanılıb, saxlanılan şəxslərin digər cinayət əməllərində iştiraklarının olub-olmamasının müəyyən edilməsi istiqamətində istintaq-əməliyyat tədbirləri davam etdirilir.





OXŞAR XƏBƏRLƏR

Aİ nümayəndəliyi: "Ermənistanla Azərbaycan arasında beynəlxalq sərhəd yoxdur"

Ermənistanla Azərbaycan arasında heç vaxt beynəlxalq sərhəd olmayıb, bu, sadəcə inzibati sərhəddir, buna görə də sərhədlərin delimitasiya və demarkasiyası lazım...

MAQATE baş direktorundan Zaporojye AES-lə bağlı HƏYƏCAN TƏBİLİ: "Hər an..."

“Zaporojye atom elektrik stansiyasına (ZNPP) olan son hücumlar stansiyanın təhlükəsizliyinə görə riskləri azaltmaq üçün razılaşdırılmış prinsiplərdən biri...

İrandan SƏRT XƏBƏRDARLIQ: “Saniyələr ərzində zərbə endirəcəyik!”

“İsrail İrana hücum etməyə cəhd edərsə, Tehran saniyələr ərzində cavab verəcək”.   Sfera.az bildirir ki, bunu İran xarici işlər nazirini...

Məşhur azərbaycanlı müğənni: "Həyat yoldaşımla “TikTok”da tanış olmuşuq” - VİDEO

Bir neçə gün öncə ailə quran müğənni Xəyalə Manaflı həyat yoldaşı ilə tanışlığından danışıb.   “Qafqazinfo” xəbər verir ki, ATV telekanal...

Masazırda evdən 85 min manatlıq qızıl OĞURLANDI

Masazır qəsəbəsində evdən oğurluq edilib.   Sfera.az DİN-ə istinadən xəbər verir ki, aprelin 14-də Masazır qəsəbəsindəki evlərin birindən 8900 m...

Mexikoda helikopter QƏZASI - Ölənlər var

Meksikada şəxsi helikopter qəzaya uğrayıb. Qəza nəticəsində pilot da daxil olmaqla 3 nəfər ölüb.   Sfera.az xəbər verir ki, bu barədə Anadolu Agentli...