Azərbaycanda polislər qəzaya düşdü, biri öldü - FOTO

Azərbaycanda polislər qəzaya düşdü, biri öldü - FOTO
Gəncə şəhərində polislər yol qəzasına düşüb.

Sfera.az-ın verdiyi məlumata görə, hadisə şəhərin M.Bağırov küçəsində baş verib.

Qəza nəticəsində polis baş serjantı Renat Əliyev vəfat edib. Bir nəfər isə yaralanıb.

Xəsarət alan polis əməkdaşı xəstəxanalardan birinə yerləşdirilib.

Qəzanın təfərrüatları dəqiqləşdirilir.

 ***
Gəncədə polislərin düşdüyü yol qəzasında xəsarət alanın kimliyi müəyyənləşib.

Məlumata görə, yaralanan Emin Əliyev Gəncə şəhər özəl xəstəxanalardan birinə yerləşdirilib.
 
(BAKU.WS)



OXŞAR XƏBƏRLƏR