Azərbaycanda polislər koronavirusa yoluxub - RƏSMİ AÇIQLAMA

Azərbaycanda polislər koronavirusa yoluxub - RƏSMİ AÇIQLAMA
 

"Koronavirusa yoluxanlar arasında polis əməkdaşları var”.

Sfera.az xəbər verir ki, bunu Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin rəhbəri Ehsan Zahidov bildirib.

E.Zahidov qeyd edib ki, gücləndirilmiş rejimdə çalışan polis əməkdaşlarının koronavirusa yoluxması normaldır:

"Çünki, onlar gün ərzində xidmət zamanı yüzlərlə insanla ünsiyyətdə olurlar. İlk gündən indiyədək vətəndaşlarımızın təhlükəsizliyinin təmin olunması, onların maariflənməsi istiqamətində xidmət aparırlar. Maksimum qaydada qorunmalarına, tibbi əlcək, tibbi maskadan istifadə etmələrinə baxmayaraq, polislər də koronavirusdan sığortalanmayıblar”.

E.Zahidovun sözlərinə görə, hazırda koronavirusa yoluxan polis əməkdaşlarının vəziyyəti stabildir:

"Dəqiq say açıqlaya bilmərəm. Amma onların hər birinin səhhəti normaldır, müalicələri davam edir”.

Yaşlarına gəlincə, DİN rəsmisi koronavirusa yoluxan polislərin gənclər olduğunu deyib:

"Şəhərdə xidmətdə olan polislərimizin hamısı gənclərdir. Ona görə yoluxanlar da elə gənc polislərimizdir. Allahdan hər birinə şəfa diləyirik!”. (modern.az)


OXŞAR XƏBƏRLƏR

Xəzər dənizində süni torpaq sahələri ilə bağlı yeni qanun layihəsi TƏSDİQLƏNDİ

Xəzər dənizində süni torpaq sahələrinin yaradılması ilə bağlı yeni qanun layihəsi birinci oxunuşda qəbul edilib.   Sfera.az-ın xəbərinə görə, Milli M...

Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə YENİ HÜQUQ VERİLİR

Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə yeni hüquq verilir.   Sfera.az-ın xəbərinə görə, bu, Milli Məclisin bu gün keçirilən onlyan iclasında m...

Donald Tramp: "Ukraynaya dəstək artırılmalıdır"

Ukraynaya dəstək artırılmalıdır.   Sfera.az xəbər verir ki, bunu ABŞ-nin keçmiş prezidenti Donald Tramp sosial şəbəkə hesabında yazıb.  ...

"134 əməkdaşla 36 milyardlıq büdcənin auditini əhatə etmək qeyri-mümkündür" - Zahid Oruc

“Hesabata dair hər iki məruzəni yüksək qiymətləndiririk. Çünki obyektivliyə əsaslanır, xərclər barəsində parlament üzvlərində peşəkar rəy yaradır, başa dü...

Vaksinasiyadan kənarda qalan uşaqlara bağlı əmr İMZALANDI

Vaksinasiyadan kənarda qalan uşaqlara peyvənd vurulacaq.   Sfera.az xəbər verir ki, bu barədə səhiyyə naziri Teymur Musayev əmr imzalayıb.   ...

“Kontakt”da 50%-dək endirimli “Sürpriiiiz” kampaniya var

“Kontakt” sərfəli təklif və şərtləri ilə öz alıcılarını bu dəfə bir başqa cür təəccübləndirir.   Bayram endirimləri bitsə də, şəbəkənin e...