Azərbaycanda polis zabiti məhkəməyə verildi

Azərbaycanda polis zabiti məhkəməyə verildi
Xaçmazda polis zabiti məhkəməyə verilib.

Sfera.az-ın məlumatına görə, Xaçmaz rayon Polis Şöbəsi Yalama Polis Bölməsinin sahə rəisi, polis kapitanı Aslanov Təhmin Həkim oğlu yol hərəkəti qaydalarını pozduğu üçün cərimələnsə də, təyin olunan müddətdə ödəniş etməyib. Bu səbəbdən onun barəsində İnzibati Xətalar Məcəlləsinin 529.3-cü (Yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların, yaxud məcəllənin 353.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə) maddəsi ilə cərimə protokolu tərtib olunub.

Protokol baxılması üçün Xaçmaz rayon Məhkəməsinə göndərilib. İş hakim Anar Sadıqovun icraatına verilib.

Xatırladaq ki, həmin maddə əsasında şəxsin nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır.
 
(lent.az)

Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

Sevgilisini yataqda öldürərək evi qarət etdi - DƏHŞƏTLİ QƏTLİN TƏFƏRRÜATLARI VİDEO

23 sentyabr 2019-cu il tarixli baxış protokoluna əsasən, Yeni Yasamal-1 yaşayış massivi, ev 2, mənzil 11-də, yataq otağındakı çarpayının üzərində Maya Kərimovan...

Azərbaycanlılar erməni ilə birləşib 26 nəfəri öldürdü - ŞOK CİNAYƏT

Rusiyanın Sverdlovsk vilayətində saxta spirtli içkidən zəhərlənib ölənlərin sayı 26 nəfərə çatıb. Sfera.az-ın yerli KİV-ə istinadən məlumatına görə, artıq...

İki azərbaycanlıya 32 il HƏBS CƏZASI: Basqın, qarət və ...

Rusiyanın Sankt-Peterburq şəhər məhkəməsi Azərbaycan vətəndaşları Nicat Abbasov və Qoşqar Hüseynov barəsində hökm çıxarıb. Sfera.az-ın yerli KİV-ə istinad...

Zorla ərə verilən qız və sevgilisi intihar etdi - Ataya cinayət işi başlandı

Yardımlı rayonunda Xanhüseyn Mirzəyev 21 yaşlı qızını zorla ərə verib. Bundan sonra həm qızı, həm də qızının sevgilisi intihar edib. Hadisə ilə əlaqədar ata haq...

Qadınları Türkiyəyə satan Bərdə sakininə hökm oxundu

Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi insan alveri ilə məşğul olan Bərdə rayon sakinini həbs edib. Sfera.az  APA-ya ist...

Xəstəxana direktoru rüşvət alarkən saxlanıldı

"Qusar rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsin direktoru saxlanılıb.  Baş Prokurorluqdan Sfera.az-a verilən məlumata görə, "Qusar rayon Mərkə...