Azərbaycanda polis əməliyyatları: 45 nəfər saxlanıldı - VİDEO

Azərbaycanda polis əməliyyatları: 45 nəfər saxlanıldı - VİDEO
Suraxanı Rayon Polis İdarəsinin əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı son 15 gün ərzində rayonun Hövsan, Əmircan, Bülbülə, Yeni Günəşli və digər qəsəbələrində həyata keçirdikləri əməliyyatlar zamanı 6 nəfər saxlanılıb.

Bu barədə Sfera.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Əməliyyatlar zamanı Ramin Əsgərov, İqor Romanov, Yusif Həsənov, Rəhman Cəfərov, Rəşad Hüseynov və Tərlan Abbasov narkotik vasitələrin satışı ilə məşğul olduqları üçün tutularaq istintaqa cəlb ediliblər.

Bu şəxslərdən ümumilikdə 2 kiloqrama yaxın müxtəlif xassəli narkotik vasitə və psixotrop maddə, həmçinin satışı qadağan edilən həblər aşkar edilib.

İdarə əməkdaşları tərəfindən həmçinin qeyd edilən dövr ərzində keçirilən əməliyyatlar zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan daha 39 nəfər saxlanılıb. Bu şəxslərin hər biri barəsində Polis İdarəsinin İstintaq Şöbəsində araşdırmalar başlanılıb. Saxlanılan şəxslərdən külli miqdarda narkotik vasitə və psixotrop maddə aşkar edilib.

Həmçinin idarə əməkdaşları tərəfindən keçirilən növbəti əməliyyatlar zamanı Yeni Günəşli qəsəbəsində 5 mənzildən oğurluq edən Emin Cəfərov və saxta pul hazırlayaraq dövriyyəyə buraxmağa çalışan Elcan Şahverdiyev saxlanılıb. Sonuncudan 600 manat dəyərində saxta əskinas aşkar olunaraq götürülüb.
 

Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

Bakıda dəmiryolu stansiyasında ahıl kişinin başına daşla xəsarət yetirildi - FOTOLAR + VİDEO

Bakıda ahıl kişinin başına daş parçası ilə xəsarət yetirilib. Bu barədə Sfera.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib. ...

Zakir Sultanova hökm oxundu

Mədəniyyət Nazirliyinin tabeliyində olan Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin keçmiş rəisi Zakir Sultanovun cinayət işi üzrə məhkə...

İcra hakimiyyətinin qarşısına bomba qoyulub..." - Bakıda həyəcan, həbs edilən kimdir?

Səbail Rayon İcra Hakimiyyətinin qarşısına bomba qoyulduğunu deyən şəxs tutulub. Sfera.az xəbər verir ki, yanvarın 27-si saat 16 radələrində naməlum şəxs ...

Bakıda gecə klubdan çıxan qızın qarşısını kəsdi: "Qaranlığa çəkib..."

Bakının Nəsimi rayonunda 1991-ci il təvəllüdlü Bəylər şəxsi münasibətlər zəminində sevgilisi Validəni (adlar şərti verilib - red.) döyüb. Sfera.az Teleqra...

Vidadi Muradovun cinayət işinə xitam verildi

Bakı Ağır Cinayətlər Məhkəməsində "Azərxalça” ASC-nin İdarə Heyətinin sabiq sədri, həbs edildikdən bir müddət sonra ev dustaqlığında vəfat edən Vidadi Muradovun...

“Lotu Quli”nin güllələnən yaxın adamı öldü - VİDEO

Keçən ay Gürcüstanın Qardabani rayonunda güllələnən kriminal avtoritet ölüb. Türkiyədə qətlə yetirilən qanuni oğru Nadir Səlifovun (Lotu Quli) yaxın adaml...