“Azərbaycanda peyvəndin ağır fəsadlarına rast gəlinməyib” – Həkimdən şayiələrlə bağlı AÇIQLAMA

“Azərbaycanda peyvəndin ağır fəsadlarına rast gəlinməyib” – Həkimdən şayiələrlə bağlı AÇIQLAMA
Azərbaycanda Covid-19 peyvəndinə qarşı vaksinasiya (peyvəndləmə) prosesinə cəlb edilən insanların sayı artır. Amma buna baxmayaraq hələ də çoxlu sayda insan peyvəndin zərərli fəsadlarının olmasına dair şayiələrə inanaraq vaksinasiyadan yayınır.

 

Sfera.az xatırladır ki, ölkəmizdə Çin istehsalı olan "CoronaVac” peyvəndindən istifadə olunur. Elmi rəylər və aparılan sınaqlar göstərir ki, "CoronaVac” Covid-19 virusuna qarşı ən yaxşı peyvəndlərdən biridir.

 

Dünyanın nüfuzlu elm-tədqiqat jurnalı olan "The Lancet” Covid-19 infeksiyasına qarşı hazırladığı materialda "CoronaVac” peyvəndinin təhlilini aparıb. Elmi jurnal bildirir ki, 60 yaş və daha yuxarı yaş qrupu insanlarda aparılan və müşahidəsi davam edən "CoronaVac” vaksinasiya sınaqlarının nəticələri uğurludur.

 

Təsirsiz hala gətirilən SARS-CoV-2-dən hazırlanan "CoronaVac” peyvəndinin 60 və daha yuxarı yaş qrupu insanlarda təhlükəsizliyi və immunogenliyinin qiymətləndirilməsi hədəfi qarşıya qoyulub. 18-59 yaş qrupu arasında uğurla tamamlanan sınaqlardan sonra tədqiqata 60 yaş və yuxarı sağlam yaşlılar cəlb edilib.


28 gün ərzində 72 və daha sonra 350 nəfər arasında aparılan təsadüfi, yarım fazalı, plasebo-nəzarətli klinik tədqiqatın nəticəsində peyvəndin 20 faiz şəxsdə yüngül və orta dərəcəli əks təsirləri müşahidə edilib. Əks göstərişlər, həmçinin plasebo qəbul etmiş qruplarda da qeydə alınıb.


Tibb sahəsi üzrə professor, həkim Adil Qeybulla isə Sfera.az saytına bildirdi ki, o, peyvəndin indiyə qədər yan təsirini görməyib və ya eşitməyib.

 

Dünyada və Azərbaycanda peyvəndləməyə xeyli əvvəl başlanıldığını deyən həkim söylədi ki, tibb işçilərinin peyvəndlənməsi zamanı hər hansı problem qeydə alınmayıb:


"Tibb Universitetinin kollektivinin bir hissəsi Tədris Cərrahiyyə və Tədris Terapiya korpuslarında vaksinasiya olunub. Tanıdığımız heç bir tibb işçisində problem yaşanmayıb, ciddi fəsad olmayıb. Sadəcə, iynə vurulan yerdə bir gün ərzində ağrılar olur ki, bu da normaldır. İnsanlar bir məsələni bilməlidirlər ki, dünyanın xəstəliklərə nəzarət və profilaktika mərkəzləri vaksinasiyanı bütün ölkələr üzrə çox diqqətlə izləyir. Hər bir ağırlaşma halı, hər bir allergik reaksiya qeydə alınır. Nəyə görə? Çünki kütləvi vaksinasiya tarixində müəyyən problemlər yaşanıb. Denqe qızdırması, donuz qripi ilə bağlı Amerikada, Afrikada müəyyən problemlər yaranıb və buna görə vaksinasiyalar dayandırılıb. Bu səbəbdən hazırkı vaksinasiya ciddi nəzarət altındadır. İnsanlar qətiyyən təşvişə düşməməlidirlər. Əgər hər hansı problem olsa, dünyada vaksinasiya dayandırıla bilər”.

 

A.Qeybulla hesab edir ki, hələlik virusa qarşı mübarizədə vaksinasiyadan optimal yol yoxdur. Onun fikrincə daha çox insan vaksinasiyaya cəlb edilməlidir. Həkim bu məqsədlə təbliğat işinin daha keyfiyyətli təşkil olunmasının əhəmiyyətinə diqqət çəkdi:

 

"Pandemiyadan tezliklə yaxa qurtarmaq üçün insanların vaksinasiya olunmağı çox vacibdir. Düşünürəm ki, buna normal yanaşılmalıdır. İnsanların peyvəndlənməyə cəlb edilməsi üçün maarifləndirmə işi gücləndirilməlidir. Bu sahədə nöqsanlar az deyil”.

 

 

Vasif

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Real Barbi olmaq istəyir - FOTOLAR

28 yaşlı Eşli Kimberli Barbi kuklasına oxşamaq üçün əməliyyatlara 80 min funt sterlinqdən çox pul xərcləyib. Amma modelin sözlərinə görə, hələ də işini tam biti...

Süni intellekt sayəsində Platonun dəfn edildiyi yer müəyyən edildi - FOTO

Piza Universitetinin alimləri məşhur filosof Platonun dəfn yerini müəyyən edə biləcəklər.   Sfera.az bildirir ki, tədqiqatçıların araşdırması İtaliya...

“Bi-2” qrupu Moldovadan vətəndaşlıq istədi

Rusiyanın “Bi-2” qrupunun bir neçə üzvü müharibə əleyhinə mövqelərinə görə bir sıra təqiblərdən sonra Moldova vətəndaşlığı üçün müraciət edib. Bu ba...

Beyons pərəstişkarlarına təbii saçlarının necə göründüyünü göstərdi

Məşhur superstar Beyons pərəstişkarlarına saçlarına necə qulluq etdiyini göstərib. O, sosial şəbəkə səhifəsində gözəllik salonundan görüntülər yayımlayıb. &n...

"Super ana": 38 ildə 74 yeniyetməni övladlığa götürdü

83 yaşlı Norma Şou və həyat yoldaşı İan 38 ildə 74 yeniyetməni övladlığa götürüb.    Sfera.az bildirir ki, ana olduğu müddətdə Norma Şou çox şey...

100 il itmiş hesab edilən tablo Vyanada hərracda çıxarıldı

Avstriya paytaxtının hərrac evlərinindən birində məşhur avstriyalı modernist rəssam Qustav Klimtin 100 il ərzində itmiş hesab edilən yarımçıq qalmış əsəri hərra...