Azərbaycanda oynamış futbolçuya cinayət işi açıldı

Azərbaycanda oynamış futbolçuya cinayət işi açıldı
"Qəbələ"nin sabiq futbolçusu Nika Kvekveskiri Polşada ağır qəza törədib.

Sfera.az yerli mətbuata istinadən xəbər verir ki, hazırda "Lex"də çıxış edən gürcüstanlı yarımmüdafiəçi şəxsi avtomobili ilə 2 maşını vurub.

Dərhal hadisə yerinə gələn polislər onun içkili olduğunu müəyyənləşdiriblər. 29 yaşlı oyunçu ilə bağlı cinayət işi açılıb.

Qeyd edək ki, Nika kvekveskiri 2015-2016-cı illərdə "İnter"də, 2016-2017-ci illərdə isə "Qəbələ"də çıxış edib.

OXŞAR XƏBƏRLƏR