No Image
No Image
No Image

Azərbaycanda övladlığa götürülən uşağa müavinət veriləcək

Azərbaycanda övladlığa götürülən uşağa müavinət veriləcək
Milli Məclisin bu gün keçirilən plenar iclasında "Sosial müavinətlər haqqında” qanuna dəyişiklik layihəsi birinci oxunuşda müzakirəyə çıxarılıb.
Sfera.az Report-a istinadən xəbər verir ki, qanuna əlavə edilən yeni maddəyə əsasən övladlığa götürülən uşağa görə hansı halda müavinətin təyin ediləcəyi müəyyənləşir.

Belə ki, qanuna dəyişiklik layihəsi ilə övladlığa götürülən uşağa görə müavinət valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş 3-18 yaş arası uşağı, o cümlədən 0-18 yaş arası sağlamlıq imkanları məhdud uşağı övladlığa götürən şəxsə 2021-ci il yanvarın 1-dən sonra övladlığa götürülən uşaq üçün (uşağın övladlığa götürülməsi haqqında məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi təqdim edildikdə) təyin olunacaq”.

Qanuna digər layihəsində isə qeyd edilib ki, dövlət qulluqçularına ömürlük müavinət, yaşa görə müavinət, 18 yaşından yuxarı əlilliyi olan şəxslərə əlilliyə görə müavinət, ailə başçısını itirməyə görə müavinət, müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş bəzi kateqoriya şəxslərə kommunal, nəqliyyat və digər xidmətlərə görə müavinətlərdən birini almaq hüququ olan şəxslərin övladlığa götürülən uşağa, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa görə aylıq müavinət almaq hüququ yarandıqda, həmin şəxslərə hər iki müavinət təyin ediləcək.

Qanuna dəyişiklik layihəsi müzakirələrdən sonra birinci oxunuşda qəbul edilib.

OXŞAR XƏBƏRLƏR

"Bayrağımız Şuşada dalğalanacaq!" - MN daha bir video yaydı

Müdafiə Nazirliyi daha bir video yayıb.  Sfera.az-ın xəbərinə görə, videoda əsgər bildirir ki, artilleriya bölməsi olaraq döyüş başlayandan düşmənin ...

Nazir erməni terrorunun qurbanları olan şagirdlərdən YAZDI

Təhsil naziri Emin Əmrullayev Ermənistanın müharibə cinayəti nəticəsində daha iki şagirdin vəfat etdiyini açıqlayıb. Sfera.az xəbər verir ki, E.Əmrullayev...

“Noyabra qədər Azərbaycan torpaqlarının böyük bir hissəsini azad edəcək” - Rusiyalı politoloq

Dağlıq Qarabağda hərbi əməliyyatlar davam edir. Rusiyalı politoloq Aleksandr Karavayevin fikrincə, noyabrın 1-nə qədər Azərbaycan torpaqlarının böyük bir hissəs...

Laçın və Qubadlı Ermənistan ərazisindən raket-artilleriya atəşinə tutulur

Azərbaycan Ordusu bölmələrinin Laçın və Qubadlı istiqamətlərində həyata keçirdiyi əməliyyatların qarşısını almaq məqsədilə Ermənistan növbəti təxribata əl atıb....

Goranboya düşən “Smerç”in FOTOLARI

 Baş Prokurorluq Goraboy rayonunda yaşayış məntəqəsi atılan raketin və hadisə yerinin fotolarını yayıb. Sfera.az xəbər verir ki, düşmən rayonun Tapqa...

Düşmən təcavüzü nəticəsində 8 məktəbli həlak olub, 16 məktəbli yaralanıb

 Sentyabrın 27-dən bu günə qədər Ermənistan silahlı qüvvələrinin təcavüzü nəticəsində 8 məktəblimiz həlak olub, 16 məktəblimiz yaralanıb. Bu barədə S...