Azərbaycanda orta nikah yaşı artmağa davam edir – Son 30 ilin ən yüksək həddinə çatdı

Azərbaycanda orta nikah yaşı artmağa davam edir – Son 30 ilin ən yüksək həddinə çatdı
Azərbaycanda rəsmi nikaha daxil olanların orta yaşında artım dinamikası 2020-ci ildə də davam edib. 

Sfera.az rəsmi məlumatlara istinadən xəbər verir ki, ötən il rəsmi nikaha girənlərin orta yaşı kişilərdə 30-a, qadınlarda 25,2-yə yüksəlib. Bu, son 30 ilin ən yüksək göstəricisidir. 

Rəsmi nikaha daxil olan kişilərin yaşı 2019-cu ildə 29,4, 2010-cu ildə 27,9, 1991-ci ildə 26,8 idi. 

Rəsmi nikaha daxil olan qadınların da orta yaşı yüksəlir. 2019-cu ildə 24,7, 2010-cu ildə 23,4 yaşda nikaha girən qadınlar 1991-ci ildə 23,3 yaşda nikaha daxil olmuşdu. 

Azərbaycanda nikaha daxilolma yaşı 18-dir. 

Vasif
Sfera.az

 


OXŞAR XƏBƏRLƏR