AZƏRBAYCANDA NÖVBƏTİ “DOLLAR BÖHRANI”? – Məzənnə dəyişəcək

AZƏRBAYCANDA NÖVBƏTİ “DOLLAR BÖHRANI”? – Məzənnə dəyişəcək
 

Yaxın günlərdə dollar manata nisbətdə dəyər artıracaq.

Sfera.az bildirir ki, bunu şərtləndirən amil bir yandan dünyanı qorxuya salmış koronavirusun yayılması fonunda beynəlxalq iqtisadi münasibətlərdə baş verən mürəkkəb proseslərdirsə, digər tərəfdən də qonşu ölkələrdə yaşanan anoloji hallardır.

Artıq ABŞ dolları ölkəmizin şimal qonşusu olan Rusiyada bahalaşmaqdadır. Belə ki, Rusiya rublu son ayların ən ağır dövrünü keçirir. Qonşu dövlətin milli valyutası dayanmadan dəyər itirir. Bu gün isə Rusiyada xarici valyutaların rubla nisbətən məzənnəsi yüksəlib. 1 ABŞ dolları 65 psixoloji həddini keçib. Hətta günorta saatlarında dollar 66 rubla yaxınlaşıb.

Axırıncı dəfə keçən il oktyabrın 9-da ABŞ pulunun Rusiya bazarında belə güclənməsi müşahidə olunmuşdu. Mütəxəssislər prosesin davamını gözləyir.

Xatırladaq ki, Azərbaycanın banklarında da dolların satış qiyməti dəyişməsə də alış qiymətində cüzi bahalaşma qeydə alınıb. Son günlərə qədər 1 ABŞ dollarının alışı 1.6970 AZN civarında idisə, bir neçə gündür, dolların alışı 1.70-ə yüksəlib.

Bunu Azərbaycanda növbəti "dollar böhranı” kimi qiymətləndirmək düzgün olmasa da ABŞ valyutasının növbəti bahalaşmasının anonsu kimi nəzərdən keçirmək olar.

Böyük ehtimalla dolların manata nisbəti 1.80-ə qədər yüksələ bilər.


OXŞAR XƏBƏRLƏR