Azərbaycanda nə qədər müəllim Vətən müharibəsində şəhid olub? - RƏSMİ

Azərbaycanda nə qədər müəllim Vətən müharibəsində şəhid olub? - RƏSMİ
Azərbaycanda 44 günlük Vətən müharibəsində 760 təhsil işçisi iştirak edib. Onlardan 427-si müəllim heyyətidir. 15 müəllim və 4 texniki işçi şəhid olub, Sfera.az bildirir ki, bu barədə anews.az-ın sorğusuna cavab olaraq Təhsil Nazirliyindən bildirilib.
 
5 oktyabr – Beynəlxalq Müəllimlər günüdür. Müəllimlər günü YUNESKO-nun qərarı ilə 1966-cı ildən bayram olunur. Həmin il təşkilat tərəfindən müəllimlərin statusunun artırılması ilə bağlı tövsiyə xarakterli sənəd də qəbul edilib. Bu bayram dünyanın 100-dən çox ölkəsində qeyd olunur. Ölkəmizdə müəllimlər günü 1993-cü ildən mərhum prezident Heydər Əliyevin imzaladığı sərəncamdan sonra qeyd edilməyə başlanıb.  

OXŞAR XƏBƏRLƏR