Azərbaycanda nazirliklərin və komitələrin sayı azaldıla bilər - "Baş nazir müavinləri postu da ləğv olunsun"

Azərbaycanda nazirliklərin və komitələrin sayı azaldıla bilər -
"Hazırda Azərbaycanda 17 nazirlik, 7 Dövlət Komitəsi və 7 Agentlik fəaliyyət göstərir. Mən təklif edirəm ki, Nazirliklərin sayı 11-ə, Komitələrin sayı isə 3-ə endirilsin”.

Sfera.az-ın məlumatına görə, bunu Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatının sədri,iqtisadçı ekspert Qubad İbadoğlu deyib.

O hesab edir ki,  bu dəyişikliklərin arxasınca dövlət idarəetməsində digər struktur və kadr dəyişlikləri də nəzərə alınmaqla, Nazirlər Kabinetinin fəaliyyətini qərarların çevik qəbulu baxımından optimallaşdırmaq və büdcə nəzərindən də rasionallaşdırmaq olar.

Keçmiş millət vəkili, iqtisadçı alim Nazim Bəydəmirli isə təklif edib ki,  hökümət Gürcüstan təcrübəsindən maksimum yararlansın:

"Baş nazir müavinləri postları ləğv olunsun, hər il ölkənin elan edilmiş inkişaf istiqamətinə uyğun olaraq mövcud nazirlərin içərisindən 2 nəfər seçilərək ictimai əsaslarla nazir postu ilə bərabər, həm də Baş nazirin müavini funksiyasını daşısın”.
 
Türkan
Sfera.az

OXŞAR XƏBƏRLƏR