Azərbaycanda nazirliklərin sayı 17-yə düşdü - FƏRMAN

Azərbaycanda nazirliklərin sayı 17-yə düşdü - FƏRMAN
Prezident İlham Əliyev Müdafiə Sənayesi Nazirliyinin əsasında "Azərsilah” Açıq Səhmdar Cəmiyyətinin yaradılmasına fərman verib.
 
Bununla da Azərbaycanda nazirliklərin sayı 17-yə düşüb: Xarici İşlər Nazirliyi; Müdafiə Nazirliyi; Ədliyyə Nazirliyi; Daxili İşlər Nazirliyi; Fövqəladə Hallar Nazirliyi; Maliyyə Nazirliyi; Vergilər Nazirliyi; İqtisadiyyat Nazirliyi; Kənd Təsərrüfatı Nazirliyi; Energetika Nazirliyi; Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi; Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi; Təhsil Nazirliyi; Səhiyyə Nazirliyi; Mədəniyyət Nazirliyi; Ekologiya və Təbii Sərvətlər Nazirliyi; Gənclər və İdman Nazirliyi.

Azərbaycan Konstitusiyasına görə, Nazirlər Kabinetinin tərkibinə baş nazir, onun müavinləri, nazirlərlə yanaşı başqa mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri də daxildir.

Nazirlər Kabinetinin tərkibində 8 dövlət komitəsi yer alır: Dövlət Gömrük Komitəsi; Dövlət Statistika Komitəsi; Əmlak Məsələləri Dövlət Komitəsi; Dövlət Şəhərsalma və Arxitektura Komitəsi; Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi; Diasporla İş üzrə Dövlət Komitəsi; Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi; Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi.

Mərkəzi icra hakimiyyəti orqanı olan 5 xidmət var: Dövlət Təhlükəsizliyi Xidməti; Xarici Kəşfiyyat Xidməti; Dövlət Sərhəd Xidməti; Dövlət Miqrasiya Xidməti; Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti.

Dövlət Turizm Agentliyi; Qida Təhlükəsizliyi Agentliyi; Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi və Milli Arxiv İdarəsi də mərkəzi icra hakimiyyəti orqanlarıdır.

Azərbaycan Konstitusiyasında Nazirlər Kabinetinin statusu prezidentin yuxarı icra orqanı kimi müəyyən olunub. Ana qanuna görə, ölkə prezidenti icra səlahiyyətlərinin həyata keçirilməsinin təşkili məqsədi ilə Nazirlər Kabineti yaradır. Prezidentə tabe olan, onun qarşısında cavabdehlik daşıyan qurumun əsas səlahiyyətləri dövlət büdcəsinin hazırlanması və icrası, maliyyə-kredit və pul siyasətinin, dövlət iqtisadi və sosial proqramlarının həyata keçirilməsi, nazirliklərə və digər mərkəzi icra hakimiyyəti orqanlarına rəhbərlikdir.


OXŞAR XƏBƏRLƏR

Cavanşir Məmmədovun ölümündən əvvəlki son görüntüsü - VİDEO

Bu gün vəfat edən Əməkdar artist Cavanşir Məmmədovun son görüntüsü yayılıb.   Sfera.az xəbər verir ki, sənətçi dünən Bakıdakı şadlıq saraylarının bir...

Türkiyə XİN: "Azərbaycanla Ermənistan arasında əldə olunan razılıq sülh sazişinə mühüm töhfədir"

Azərbaycan və Ermənistan sərhəd komissiyaları arasında əldə olunan razılıq sülh sazişi üçün mühüm töhfədir.   Sfera.az xəbər verir ki, bu barədə Türk...

""Abrams"lar 500 dollarlıq dronların qarşısında acizdir" - "New York Times”

Pilotsuz uçuş aparatları (dron) müasir müharibənin təbiətində əsaslı dəyişikliyə səbəb olur.  Sfera.az xəbər verir ki, bunu Hudson İnstitutunun hərbi ...

Almaniya XİN Azərbaycanla Ermənistan arasında razılaşmanı ALQIŞLADI

Azərbaycan və Ermənistan arasında 1991-ci il Alma-Ata Bəyannaməsi üzrə sərhədin demarkasiyasına dair razılaşma sülh sazişi ilə bağlı əsas maneəni aradan qaldırı...

Ceyhun Bayramov Seyid Abbas Musəvi ilə GÖRÜŞDÜ

Xarici işlər naziri Ceyhun Bayramov İran İslam Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Seyid Abbas Musəvini diplomatik fəaliyyətinin baş...

PKK terror təşkilatının Almaniya üzrə məsul şəxsi İstanbulda SAXLANILDI

PKK/KCK terror təşkilatının rəhbər şəxslərindən biri olan Mürsel Durmaz İstanbulda saxlanılıb.   Sfera.az xəbər verir ki, bu barədə Türkiyənin &...