Azərbaycanda Nazirlikdə yüksək təyinat - FOTO
12:45 / 19.05.2020
2139
İqtisadiyyat Nazirliyində kadr dəyişikliyi olub.
Sfera.az "oxu.Az"-a istinadən xəbər verir ki, bu barədə İqtisadiyyat naziri Mikayıl Cabbarov əmr imzalayıb.
Əmrə əsasən, Sahir Məmmədxanov İqtisadiyyat nazirinin müşaviri təyin olunub.
Qeyd edək ki, S.Məmmədxanov Vergilər nazirinin birinci müavini olub.