Azərbaycanda nazirlərin qadın müavinləri olacaq

Azərbaycanda nazirlərin qadın müavinləri olacaq
Azərbaycan BMT-nin Qadınlara qarşı ayrıseçkiliyin bütün formalarının aradan qaldırılmasına dair Konvensiyasına (BMT-nin 1325 saylı qətnaməsi) imza atıb, amma hələlik bununla bağlı fəaliyyət planını qəbul etməyib. Əgər bu plan qəbul edilsə, bütün strukturların rəhbərlərinin müavinlərindən ən azı biri qadın mütləq olacaq.
 
 

Bunu Milli.Az-a Dilarə Əliyeva adına Qadın Hüquqları Cəmiyyətinin sədri Novella Cəfəroğludeyib.

Hüquq müdafiəçisinin sözlərinə görə, gender bərabərliyinin təmin olunması üçün bütün nazirliklərdə, komitələrdə qadın müavinlər olmalıdır: "Güc, hüquq-mühafizə strukturlarının, Dövlət Təhlükəsizlik Xidməti, Daxili İşlər Nazirliyi, Ədliyyə Nazirliyi, hətta Müdafiə Nazirliyindən tutmuş bütün digər dövlət qurumlarının hamısının rəhbərlərinin qadın müavinləri olacaq. Əgər Konvensiyanın icrası üzrə müvafiq plan qəbul edilsə, bunlar mütləq həyata keçirilməlidir. Bu, çox vacib məsələdir.

Bizdə bu Konvensiyaya qoşulmadan da qadın nazir müavinləri ola bilər. Ölkəmizdə o qədər savadlı, bacarıqlı qadın dövlət qulluqçularımız var ki... Amma plan qəbul olunsa və mexanizm işləməyə başlasa, artıq bunu etmək hökumət üçün mütləq olacaq. Qeyd edim ki, Gürcüstanda bunu çoxdan etməyə başlayıblar. Onlarda hətta baş nazirin qadın müavini də var. Plan qəbul olunandan sonra bu məsələ bizə də çox rahat şəkildə həyata keçiriləcək".


OXŞAR XƏBƏRLƏR

Bakı-Quba yolunda ağır qəza: Yük avtomobili aşdı - VİDEO

Bakı-Quba yolunda yol-nəqliyyat hadisəsi baş verib.   Sfera.az xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə yer alıb.   Belə ki...

SOCAR prezidenti Britaniya rəsmiləri ilə görüşdü

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəf Böyük Britaniyanın ölkəmizdəki səfiri Fergus Ould və Birləşmiş Kırallığın İxrac Maliyyəsi Depa...

Sakinlərin NƏZƏRİNƏ: Sabah bəzi ərazilərdə qaz olmayacaq

Şəki şəhəri “Cəfərabad” QPS-də siyirtmələrin filans birləşmələrində aşkar olunmuş qaz sızmalarının aradan qaldırılması və araqatlarının yenilənməsi,...

Xankəndidə tapdığı silahları polisə verməyən şəxs tutuldu

Xankəndi şəhərində odlu döyüş silahı, süngü-bıçaq və sursatlar gizlədən şəxs polis əməkdaşları tərəfindən müəyyən olunaraq tutulub.   DİN-in Mətbuat ...

"Laçın" məntəqəsinin qurulmasının ildönümü qeyd edildi

Aprel ayının 23-də "Laçın" dövlət sərhədindən buraxılış məntəqəsinin qurulması, bununla da Azərbaycan Respublikası dövlət sərhədlərinin tam bərpası ta...

Azərbaycanda bu taksi şirkəti BAĞLANIR - FOTO

Azərbaycanda taksi şirkətlərindən olan "Uklon" fəaliyyətini dayandırıb.   Sfera.az xəbər verir ki, şirkət tərəfindən bununla bağlı həm...