Azərbaycanda nazir müavinləri evdən işləyir

Azərbaycanda nazir müavinləri evdən işləyir
 

Bir neçə gün əvvəl Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov mərkəzi və yerli icra hakimiyyəti orqanlarının və dövlət qurumlarının rəhbərlərinə məktub göndərib.

Sfera.az oxu.az-a istinadən bildirir ki, məktubda dövlət qurumlarının rəhbərlərinə koronavirus (COVID-19) infeksiyasına qarşı mübarizənin təşkil edilməsini təmin etmək və icrasına ciddi nəzarət edilməsi ilə bağlı tapşırıqlar yer alıb.

Tapşırıqlarda 60 yaşdan yuxarı şəxslərin və öhdəsində azyaşlı uşağı olan qadınların iş davamiyyətinə güzəştli şərtlər tətbiq edilməsi məsələsi də yer alıb.

Məsələ barədə Baş nazirin müraciət ünvanladığı qurumların bir neçəsinə sorğu göndərdik. 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Mətbuat Xidmətinin rəhbəri İradə İbrahimova bildirib ki, Baş nazir tərəfindən dövlət qurumlarının rəhbərlərinə koronavirus (COVID-19) infeksiyasına qarşı mübarizənin təşkil edilməsinin təmin edilməsi ilə bağlı verilən göstərişə nazirlikdə əməl edilib:

"Qurumda yaşı 60-dan yuxarı olan şəxslərin, eyni zamanda, öhdəliyində azyaşlı uşağı olan qadın işçilərin evdən işləmələrinə şərait yaradılıb. Hazırda öhdəsində azyaşlı uşağı olan nazirliyin qadın işçiləri, yaşları 62 və 68 olan iki nazir müavini iş fəaliyyətlərini evdən davam etdirirlər”.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən bildirilib ki, verilən göstərişin icrası nazirlikdə lazımi səviyyədə təşkil edilir.

Gənclər və İdman Nazirliyinin Mətbuat Xidmətinin rəhbəri Səmayə Məmmədovanın sözlərinə görə, Baş nazir tərəfindən verilən göstərişə əməl edilib:

"Nazirlikdə öhdəliyində azyaşlı uşağı olan qadının və yaşı 60-dan yuxarı olan şəxslərin distant rejimdə işləmələrinə şərait yaradılıb. Verilən hər bir qərara, göstərişə riayət olunur”.

İqtisadiyyat Nazirliyindən isə əlavə edilib ki, qurumda Baş nazirin verdiyi göstərişlərə və Nazirlər Kabineti yanında operativ qərargahın tapşırıqlarına tam əməl olunub.  


OXŞAR XƏBƏRLƏR

Xəzər dənizində süni torpaq sahələri ilə bağlı yeni qanun layihəsi TƏSDİQLƏNDİ

Xəzər dənizində süni torpaq sahələrinin yaradılması ilə bağlı yeni qanun layihəsi birinci oxunuşda qəbul edilib.   Sfera.az-ın xəbərinə görə, Milli M...

Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə YENİ HÜQUQ VERİLİR

Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə yeni hüquq verilir.   Sfera.az-ın xəbərinə görə, bu, Milli Məclisin bu gün keçirilən onlyan iclasında m...

Donald Tramp: "Ukraynaya dəstək artırılmalıdır"

Ukraynaya dəstək artırılmalıdır.   Sfera.az xəbər verir ki, bunu ABŞ-nin keçmiş prezidenti Donald Tramp sosial şəbəkə hesabında yazıb.  ...

"134 əməkdaşla 36 milyardlıq büdcənin auditini əhatə etmək qeyri-mümkündür" - Zahid Oruc

“Hesabata dair hər iki məruzəni yüksək qiymətləndiririk. Çünki obyektivliyə əsaslanır, xərclər barəsində parlament üzvlərində peşəkar rəy yaradır, başa dü...

Vaksinasiyadan kənarda qalan uşaqlara bağlı əmr İMZALANDI

Vaksinasiyadan kənarda qalan uşaqlara peyvənd vurulacaq.   Sfera.az xəbər verir ki, bu barədə səhiyyə naziri Teymur Musayev əmr imzalayıb.   ...

“Kontakt”da 50%-dək endirimli “Sürpriiiiz” kampaniya var

“Kontakt” sərfəli təklif və şərtləri ilə öz alıcılarını bu dəfə bir başqa cür təəccübləndirir.   Bayram endirimləri bitsə də, şəbəkənin e...