Azərbaycanda narkoman qadının ŞOK GÖRÜNTÜLƏRİ YAYILDI: 2 yaşlı uşağı təhlükədədir - VİDEO

Azərbaycanda narkoman qadının ŞOK GÖRÜNTÜLƏRİ YAYILDI: 2 yaşlı uşağı təhlükədədir - VİDEO
"Bu video narkotik istifadəçiləri ilə bağlı vəziyyətin nə yerdə olduğundan xəbər verir. Paylaşmağımın səbəbi isə təhlükəli durumda olan 2 yaşlı körpədir”.

Sfera.az bildirir ki, bunu "Azərbaycan Uşaqları” İctimai Birliyinin sədri Kəmalə Ağazadə sosial şəbəkə hesabında qeyd edib. O bildirib ki, hər gün axşam saatlarında Qaraçuxur məscidinin qarşısında bir qadın uşağını diləndirir:

"Əldə etdiyi məbləğ də məlum yerə, yəni natkotik almağa sərf edilir... Həm özü, həm əri bu vəziyyətdədir. Suraxanı Rayon İcra Hakimiyyətindən rica edirəm ki, uşaq ailədən dərhal uzaqlaşdırılsın. Bir neçə ay öncə bu ailənin qaldığı evin yanında qarajda yanğın çıxıb. Bu insanlar həmin qarajda kimlərləsə, nələrsə edib, bunu artıq FHN əməkdaşları bilər. Amma mənim narahatçılığım 2 yaşlı uşaqdır. Kim zəmanət verə bilər ki, yanğın yenidən çıxmayacaq? Artıq qaraj yoxdur, yenidən yanğın çıxara bilərlər, o zaman uşağın aqibətini siz deyin”.

K.Ağazadə evin ünvanını bildiyini və bunu aidiyyəti qurumlara verə biləcəyini də deyib: "Birbaşa paylaşmadan öncə neçə dəfə olub ki, məlumatı göndərmişəm, nəticəsi effektli olmayıb. Media isə dərhal reaksiya verib, ictimailəşdirdiyi üçün bunu paylaşmaq zorundayam”.

Günay Rəsulqızı




OXŞAR XƏBƏRLƏR