No Image
No Image

Azərbaycanda nağd pul kütləsi yenidən artır – Hansı riskləri ola bilər?

Azərbaycanda nağd pul kütləsi yenidən artır – Hansı riskləri ola bilər?
Azərbaycanda nağdsız ödənişlərin həcminin artırılması, nağd dövriyyənin azaldılması məqsədilə görülən tədbirlərə baxmayaraq nağd vəsaitlərin həcmi bir qədər də artıb.
 
Sfera.az rəsmi məlumatlata istinadən bildirir ki, ölkəmizdə nağd pul, yəni M0 aqreqatı 2016-cı ildən davamlı artır. 2015-ci ildə 4,775 milyard manat olan nağd pul kütləsi 2020-ci ildə 10 milyard manat həddini ötüb və ilin sonunda 10,77 milyard manata yüksəlib. Nəticədə, geniş mənada pul kütləsində payı 22,4 faizdən 37 faizə yüksəlib. 2021-ci ilin yanvarında nağd pul kütləsi bir qədər azalsa da onun ümumi pul kütləsində payı azalmayıb.
 
Devalvasiyaya qədər nağd pul kütləsinin geniş pul kütləsində payı daha yüksək idi. 2013-cü ildə nağd pul kütləsi 10,46 milyard manat olmaqla ümumi pul kütləsinin 54 faizini təşkil edirdi.
 
Bu gedişlə yenidən nağd pul kütləsinin xüsusi çəkisinin 50 faiz həddinə çatması mümkündür. Çünki 2016-cı ildən bəri hər il nağd pulun payı artır. Bu göstərici 2017-ci ildə 33 faiz, 2018-ci ildə 31,5 faiz, 2019-cu ildə 33 faiz, 2020-ci ildə 37 faiz olub.
 
Qeyd edək ki, M3 pul aqreqatı nağd pul, tələb olunanadək, müddətli əmanət və depozitlər, manat və SDV-nin cəmini nəzərdə tutur. M0 isə ödəniş vəsaiti kimi istifadə olunan pul kütləsinin ən likvid hissəsidir. Başqa sözlə dövriyyədə olan banknot və sikkələr nəzərdə tutulur.
 
Nağd pul kütləsinini ümumi pul kütləsində payı 2009-cu ildə 44 faizi qədərində idi və 2013-cü ildə 55 faizlik həddi ötdü. Nağd pulun xüsusi çəkisinin artmasının dollara olan tələbin artmasına da böyük köməyi var. Necə ki, 2014-2015-ci ildə bunun şahidi olduq.
 
Müqayisə üçün bildirək ki, iqtisadiyyatı oturuşmuş ölkələrdə nağd pulun ümumi pul kütləsinin 5-10%-ni təşkil edir. Pul kütləsinin digər hissəsi nağdsız formada olur. Nağdsiz pul kütləsi çox olanda ümumi iqtisadi proseslərə daha rahat nəzarət etmək mümkündür. O cümlədən, qiymətlərin dinamikasını tənzimləmək asanlaşır, vergidən yayınma halları minimuma enir, korrupsiya elementləri azalır və s. Bu mənada nağd vəsaitlərin həcminin ümumi pul kütləsi ilə müqayisədə daha sürətlə artması təqdir edilə bilməz.
 
Nağd pulun artmasına əhalinin bank xidmətlərindən istifadəyə dair biliklərinin zəif olması, banklara etibarın aşağı olması və münasib infrastrukturun yoxluğu, topdan və pərakəndə satışın əsasən nəğd pul ilə aparılması, bazar və küçə ticarətinin miqyasının böyüklüyü və s. təsir edir.
 
Pul kütləsi artdıqda dövlətin əlində bunu tənzimləmək üçün bir çox rıçaqlar olur. Dövlət dövriyyədə olan mal kütləsini artırır, ucuz kreditlər verir, real sektoru artırır və digər tədbirlər görür.
 
Vasif
Sfera.az
 

Turan Bank

OXŞAR XƏBƏRLƏR

Şirkət rəhbərləri dövlət resurslarını şəxsi malı kimi necə mənimsəyir? - Milyardlıq “tender oyunları”

Azərbaycan Prezidenti İlham Əliyev fevralın 26-da xarici və yerli jurnalistlər üçün keçirdiyi mətbuat konfransında dövlət şirkətlərinin fəaliyyətini tənqid edib...

Azərbaycanda qida məhsullarının idxalı kəskin artıb: Milyonlarla dollar ödəyib nə almışıq?

Azərbaycanda kənd təsərüfatı məhsullarının istehsalında və qida sənayesində ardıcıl inkişaf templərinin təmin edilməsinə baxmayaraq xaricdən idxal edilən yeyint...

Mərkəzi Bank kredit faizləri ilə bağlı məlumat yaydı – Son 4 ayın ən yüksək səviyyəsindədir

2021-ci ilin yanvar ayına aid olan məlumata əsasən, yeni verilən kreditlər üzrə orta faiz dərəcəsi manatla 17 faizə, xarici valyutada 3,97 faizə yüksəlib. ...

Azərbaycanda nağd pul kütləsi yenidən artır – Hansı riskləri ola bilər?

Azərbaycanda nağdsız ödənişlərin həcminin artırılması, nağd dövriyyənin azaldılması məqsədilə görülən tədbirlərə baxmayaraq nağd vəsaitlərin həcmi bir qədər d...

Azərbaycan məhsullarının alışında Türkiyə ilk dəfə Rusiyanı qabaqladı

2021-ci ilin yanvarında Azərbaycanın qeyri-neft mallarının əsas alıcısı Türkiyə olub. Türkiyə sıralamada Rusiyanı qabaqlayıb. Gömrük məlumatlarına əsasən 146 mi...

Azərbaycanda benzin istehsalı artdı

Azərbaycanda neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 268,5 milyon manat olmaqla, əvvəlki ilin yanvar ayı ilə müqayisədə 20,4 faiz azalıb....