Azərbaycanda nadir hadisə: 500 min qız uşağından biri...

Azərbaycanda nadir hadisə: 500 min qız uşağından biri...
 Azərbaycanda çətin cərrahi əməliyyat həyata keçirilib. Belə ki, sidik kisəsi çöldə doğulmuş ay yarımlıq körpə uğurla əməliyyat olunub.

Sfera.az
 xəbər verir ki, əməliyyatı icra edən Mərkəzi Klinik Xəstəxananın uşaq cərrahı Fuad Hüseynov lent.az-a bildirib ki, bu, olduqca nadir, yəni 500 min qız uşağından birində rastlanan haldır: "Bizim balaca körpə qızımız da sidik kisəsi çöldə doğulub. Bizə müraciət etdiyində artıq 1 ay yarımlıq idi. Daha öncə ailənin müraciət etdiyi bütün xəstəxanalarda əməliyyat üçün hələ tez olduğunu deyiblər. Halbuki doğulandan dərhal sonra edilsəydi, daha yüngül əməliyyat olunacaqdı".

F.Hüseynovun sözlərinə görə, apardıqları müayinələr nəticəsində məlum olub ki, körpənin sidik kisəsi, sidik axarları çöldədir, sidik kanalı yoxdur, uşaqlıq yolu tamamilə bağlıdır: "Körpəyə sidik kisəsi ekstrofiyası diaqnozu qoyularaq, cərrahi əməliyyat planlaşdırıldı. Əməliyyatdan öncə çəkilən rentgendə qasıq sümükləri arasındakı məsafə böyük olduğu üçün uzman travmatoloq Fərhad Verdiyev tərəfindən arxadan bud sümükləri kəsildi ki, qasıq sümüklərini yaxınlaşdıra bilək. Çəkisi 3 kilo olan körpə üzərində uşaq cərrahiyyəsinin ən çətin əməliyyatlarından olan sidik kisəsi ekstrofiyasının təmiri əməliyyatını uğurla icra etdik. Yəni sidik kisəsi ətraf toxumalardan sərbəstləşdirilərək, normal yerinə yerləşdirildi. Ardından qasıq sümükləri yaxınlaşdırıldı, sidik kanalı və uşaqlıq yolu bərpa edildi. Uşağın vəziyyəti hal-hazırda yaxşıdır, inşallah kateterlər çıxarıldıqdan və yara sağaldıqdan sonra uşaq evə yola salınacaq".

OXŞAR XƏBƏRLƏR

Real Barbi olmaq istəyir - FOTOLAR

28 yaşlı Eşli Kimberli Barbi kuklasına oxşamaq üçün əməliyyatlara 80 min funt sterlinqdən çox pul xərcləyib. Amma modelin sözlərinə görə, hələ də işini tam biti...

Süni intellekt sayəsində Platonun dəfn edildiyi yer müəyyən edildi - FOTO

Piza Universitetinin alimləri məşhur filosof Platonun dəfn yerini müəyyən edə biləcəklər.   Sfera.az bildirir ki, tədqiqatçıların araşdırması İtaliya...

“Bi-2” qrupu Moldovadan vətəndaşlıq istədi

Rusiyanın “Bi-2” qrupunun bir neçə üzvü müharibə əleyhinə mövqelərinə görə bir sıra təqiblərdən sonra Moldova vətəndaşlığı üçün müraciət edib. Bu ba...

Beyons pərəstişkarlarına təbii saçlarının necə göründüyünü göstərdi

Məşhur superstar Beyons pərəstişkarlarına saçlarına necə qulluq etdiyini göstərib. O, sosial şəbəkə səhifəsində gözəllik salonundan görüntülər yayımlayıb. &n...

"Super ana": 38 ildə 74 yeniyetməni övladlığa götürdü

83 yaşlı Norma Şou və həyat yoldaşı İan 38 ildə 74 yeniyetməni övladlığa götürüb.    Sfera.az bildirir ki, ana olduğu müddətdə Norma Şou çox şey...

100 il itmiş hesab edilən tablo Vyanada hərracda çıxarıldı

Avstriya paytaxtının hərrac evlərinindən birində məşhur avstriyalı modernist rəssam Qustav Klimtin 100 il ərzində itmiş hesab edilən yarımçıq qalmış əsəri hərra...