No Image
No Image
No Image

Azərbaycanda müəllim şagirdi əsəbiləşdirdi, uşağın ağzı əyildi - VİDEO

Azərbaycanda müəllim şagirdi əsəbiləşdirdi, uşağın ağzı əyildi - VİDEO

Sosial şəbəkələrdə Sumqayıtdakı İnteqrasiya internat tipli gimnaziyada yeddinci sinif şagirdinin sinif yoldaşları tərəfindən döyülərək, sol gözünün çıxarıldığı barədə məlumat yayılıb.

Bildirilir ki, hadisə zamanı gimnaziyanın 7 a sinif şagirdi Nuriyeva Rəfiqə Elbrus qızının ağız nahiyəsi də əyilib və Sumqayıt Uşaq Xəstəxanasına yerləşdirilib.

APA TV hadisə ilə bağlı araşdırma aparıb. 13 yaşlı Rəfiqə Nuriyeva bildirib ki, hadisə birinci saat tarix dərsində baş verib:

"Sinif yoldaşım zarafatlaşmaq üçün hamıya vuranda mənim də qolumdan vurmuşdu. Mən əsəbiləşib gedib vurmaq istəyəndə müəllimimiz həmin an müəllimlər otağından çıxıb dərsə gedirdi. Onda müəllim gördü ki, mən başqa bir uşağın arxasınca qaçıram. Mənə "utanmırsan, bir oğlanın dalınca qaçırsan” dedi. Mən də əsəbiləşdim, onda ağzım əyilməyə başladı”.

Gimnaziyanın direktoru Ayət Kərimova hadisənin noyabrın 5-də olduğunu bildirib və hər hansı bir döyülmə hadisənin olmadığını qeyd edib.

Şagirdin atası Elbrus Nuriyev isə uşağı məktəbə qoyduqdan bir saat sonra məktəbdən ona zəng olunduğunu söyləyib:

"Bir saatdan sonra mənə zəng gəldi ki, bəs qorxmayın, uşağınızın sifətində əyilmə var, tez gəlin. Xəstəxanada uşağın ağır olduğunu söylədilər. Və sonra yerləşdirdilər xəstəxanaya”.

Sumqayıt Uşaq Xəstəxanasından isə bildirilib ki, Rəfiqə Nuriyevada gözlə görünəcək hər hansı xəsarət müşahidə olunmayıb:

"5 noyabr 2019-cu il tarixdə uşaq xəstəxanaya üz sinirinin nevriti diaqnozu ilə daxil olub. Və hazırda da müalicə almağa davam edir. Yəni daxil olanda üz sinirinin nevriti diaqnozu qoyulub və bizdə o diaqnoz da təsdiqlənib. Hazırda da bütün nevroloji müayinələr aparılır. Xəstənin vəziyyəti stabildir. Hər hansı ağırlaşma da yoxdur”.

Hadisə ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.(oxu.az)


OXŞAR XƏBƏRLƏR

FHN Bərdə ilə bağlı məlumat yaydı

Ermənistan silahlı qüvvələri humanitar atəşkəs rejimini kobudcasına pozaraq Azərbaycan əhalisinin sıx yaşadığı yaşayış məntəqələrini, mülki obyektləri, o cümləd...

Raketlərin düşdüyü yerdən - FOTOLAR

Məlum olduğu kimi, Ermənistan növbəti dəfə Bərdədə mülki şəxslərə qarşı raket hücumu həyata keçirib. Baş Prokurorluğun məlumatına görə, hadisə nəticəsin...

Bərdəyə raket hücumu nəticəsində ölənlərin sayı 19-a çatdı - 60-dan çox yaralı var + YENİLƏNİB

   14:37   Bu gün, oktyabrın 28-də saat 13 radələrində düşmənin silahlı birləşmələri tərəfindən Bərdə şəhərinin dinc sakinlərin sıx hərək...

Düşmən dezinformasiya yaymaqla törətdiyi hərbi cinayətlərdən diqqəti yayındırmağa çalışır

Düşmən dezinformasiya yaymaqla törətdiyi hərbi cinayətlərdən diqqəti yayındırmağa çalışır Ermənistan mətbuatının guya Azərbaycan Ordusu tərəfindən Xankənd...

Bərdədən dəhşətli görüntülər - FOTOLAR

Bu gün saat 13 radələrində ermənilərin hücumuna məruz qalan Bərdədən dəhşətli görüntülər gəlməyə davam edir.    Xəbər verdiyimiz kimi, ermənilər din...

Düşmənin Bərdədə hədəf aldığı yerlər bilindi - SİYAHI

Bərdə şəhərinə Ermənistan silahlı qüvvələrin hücumu zamanı hədəf alınmış yerlər bəlli olub. Sfera.az xəbər verir ki, Bərdə Şəhər Mərkəzi Xəstəxanası, Şəhə...