Azərbaycanda mənzil tikintisi kəskin azaldı - SƏBƏB

Azərbaycanda mənzil tikintisi kəskin azaldı - SƏBƏB
Bu il istifadəyə verilən yaşayış evlərinin ümumi sahəsində ötən illə müqayisədə ciddi azalma var. 

Sfera.az rəsmi məlumatlara istinadən bildirir ki, birinci rübdə 481,8 min kvadrat metr yaşayış evləri tikilib. Bu, əvvəlki illə müqayisədə 46,4 faiz azalma deməkdir. 

Ötən ilin birinci rübündə 898 min kvadrat metr yaşayış evi istifadəyə verilmişdi.
Xatırladaq ki, 2020-ci ildə də istifadəyə verilən yaşayış evlərinin sahəsi kəskin azalmışdı. Ötən il azalma 47,6 faiz təşkil etmişdi. 

2020-ci ildə istifadəyə verilən yaşayış evlərinin sahəsindəki azalma 2019-cu ildəki böyük artımla bağlı idi. 2019-cu ilin fevralın 19-da "Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında” Azərbaycan Prezidenti Fərman imzaladı. Həmin fərmana əsasən, əvvəlki illərdə tikilən və müəyyən səbəblərə görə istismarına icazə verilməyən bəzi çoxmənzilli binaların istismarına 2019-cu ildə icazə verildi. Buna görə də 2019-cu ildə istifadəyə verilən mənzillərin sahəsi 3,9 dəfə artaraq 8,74 milyon kvadrat metri ötdü. 

2020-ci ildə də istifadəyə verilən mənzillərin sahəsi böyük idi. Amma əvvəlki ildəki yüksək göstərici ilə müqayisədə kiçilmə qeydə alındı. 

2021-ci ildəki nəticə isə pandemiyanın yaratdığı vəziyyətlə əlaqəlidir. Ötən il karantinin tətbiqi mənzil tikintisinin həcmini azaltdığından bu il istifadəyə verilən mənzillərin ümumi sahəsi kiçilib. 

Vasif
Sfera.az


OXŞAR XƏBƏRLƏR

Arzu etdiyi maşına görə avtosalonda barrikada qurdu

Argentinada bir kişi qeyri-adi piket keçirib.    Sfera.az bildirir ki, Abelardo Usandivaras adlı şəxs bir gün əvvəl beh verdiyi maşının ona veri...

Meymunun turistlərlə çəkdirdiyi selfi gündəm oldu - FOTO

İngilis turistlər Chloe və Craig Dennis İndoneziyanın Bali adasında tətildə olarkən rastlaşdıqları meymunun hərəkətindən şoka düşüblər.   Sfera.az bi...

Ağır xəstə olan Selin Dion çılpaq poza verdi - FOTO

Əzələ sərtliyi sindromu diaqnozu qoyulan Selin Dion səhnəyə qayıtmaq ümidini itirmir. 56 yaşlı kanadalı müğənni xəstəlik diaqnozu qoyulduqdan sonra ilk dəfə çək...

Qadının yaşına lağ etdi: Xəstəxanalıq oldu

Mançesterdə (Böyük Britaniya) 39 yaşlı Emmi Dodd gecə klublarının birində kişiyə hücum etdiyi üçün şərti cəza alıb. Hadisə ötən il sentyabrın 9-da baş versə də,...

Kanye Uest öz fantaziyası ilə ictimaiyyəti ŞOKA SALDI

Daim çıxışları və hərəkətləri ilə hər kəsi şoka salan reper Kanye Uestin adı bu dəfə növbəti qalmaqala qarışıb. Hələ bu yaxınlarda əkiz qardaşlarla davanın skan...

Bu halda saçınızın tökülməsi normal sayılmır - Ekspertdən keçəlliklə bağlı TEST

Həyatın müəyyən dövrlərində hər kəs həddindən artıq saç tökülməsi ilə qarşılaşa bilər.   Sfera.az bildirir ki, rusiyalı həkim Tatyana Şapovalenko tərəf...