No Image
No Image

“Azərbaycanda məmurların yarısı yenilənəcək, Putin üçün çətin olacaq” – Astroloqdan ilginc proqnozlar

“Azərbaycanda məmurların yarısı yenilənəcək, Putin üçün çətin olacaq” – Astroloqdan ilginc proqnozlar

2020-cu ilin son ayınının son günlərini yaşayırıq, qarşıdan insanların ümidlə gözlədiyi 2021-ci il gəlir. Yeni ilin gəlməsini tək ölkədə deyil, dünyanın hər yerində insanlar xoş xəbərlər, yeni uğurlar müjdəçisi kimi qarşılamaq istəyir. Çin təqviminə görə, hər ilin tamamı bir heyvan üzərində qurulur. Geridə qoyacağımız 2020-cu il - "siçan ili” kimlər üçün xoş, kimlər üçünsə isə bədbin xatirələrlə yadda qaldı. Qarşılayacağımız 2021-ci il isə "öküz ili” olacaq.


Tanınmış astroloq Səbuhi Rəhimli Sfera.az-a 2021-ci ilin astroloji proqnozları barədə müsahibə verib.



-Artıq 2020-ci ili yola salırıq. Siçan ilini necə dəyərləndirisiz? Öküz ili ölkəmiz üçün düşərli il olacaq?

 

-Qarşıdan metal ünsürlü ağ öküz ili gəlir.Astronomik hesabla il 12 fevral 2021-ci ildə başlayacaq, 25 yanvar 2022-ci ildə bitəcək. Dağıdıcı, çılğın və qərarsız il kimi səciyyələndirən siçan ilindən nəhayət ki, rahat, aydın sabaha əminlik yaradan bir zaman kəsiminə qədəm qoyacaq. Öküz illəri adətən stabil dövrlər sayılır. Belə illərdə dildən iti, obyektiv, işini doğru görən, zəhmətkeş və özündə daima nikbinlik aşılayan insanlar uğur qazanır. Öküz illərində nəyin bahasına olursa-olsun, liderliyə can atanlar çox olur, hətta bu yolda rəqib tərəfə sui-qəsdlərin təşkilinə də yol verir.

 

-2021-ci ildə dünya üçün nələr vəd edilir?



 

-Bu il Rusiya son 8 ilin ən ağır dönəmin yaşayacaq.Vladimir Putinin öz hakimiyyətini qoruması çətin olacaq. Bunu Rəcib Tayyib Ərdoğan haqqında da deyə bilərik. Onun administrasiyası üçün 2021-ci il sınaqlarla dolu olacaq. Xüsusilə də ilin ilk yarısında. Ermənistana gəlincə, əgər fevralın ortasına qədər Nikol Paşinyan hakimiyyətini qoruya bilsə, ilin sonuna qədər istefası mümkün olmayacaq. Yəni, hakimiyyətdə qalacaq, onun üçün ən çətini ilin ilk ayıdır.

 

2021-ci il ərzində dörd astronomik olay baş verəcək 2 dəfə ay, 2 dəfə günəş tutulması olacaq. Ay tutulmaları 26 may 19 noyabrlarda Günəş tutulmaları 10 iyun və 4 dekabrda olacaq. 4 dekabrda baş verəcək Günəş tutulması tam tutulma olacaq.

 

-2021-ci ildə Azərbaycan siyasətində nələri proqnozlaşdırısınız?

 

-Azərbaycanın siyasi mənzərəsini düşünənlərə əsas bir proqnozu verə bilərəm ki, il ərzində ölkəmizdə hər hansı növbədən kənar seçki olmayacaq. Lakin məmurların yarıya qədəri yenilənəcək. Məncə bu iki amil mənzərəni kifayət qədər təsəvvür etməyə imkan yaradır.



 

Qarabağla bağlı suallar daha çox düşündürür. Yenə də 20 ildən artıqdır, dediyim bir devizi xatırlatmaq istəyirəm. Qarabağ heç vaxt erməninin olmayacaq. Yəni, Qarabağ nə müstəqil olacaq nə də Ermənistanın tərkibində. Proqnozlara gəlincə, 2021-ci ildə xırda antiterror əməliyyatlarını nəzərə almasaq, Qarabağda hər hansı müharibə olmayacaq.Türkiyə ordusunun Azərbaycanda hərbi baza qurması çox istənilsə də, türklər burada hərbi baza şəklində mövcud olmayacaq. Heç Rusiyanın da hərbi bazası olmayacaq.

 

-Öküz ilində ölkəmiz üçün iqtisadi baxımdan vəziyyət necə olacaq?

 

-İnsanlarımızı narahat edən əsas məsələ devalvasiya ilə bağlıdır. Astroloji göstəricilər may ayına qədər bunun baş verəcəyini təkzib edir. Yəni, ən azından ilin ilk 4 ayında hər hansı devalvasiya, dolların bahalaşması olmayacaq.

 

-Dünyanın baləsına çevrilən COVİD -19 virusuna çarə tapılacaqmı?

 

-Dünyamız 2020-ci il qədər heç vaxt indiki qədər narahat olmayıb. Hətta dünya müharibəsi dönəmində belə planetimizin əksər hissəsi atəş səsləridən, ölüm kabusundan uzaqda idi. Bu gün isə məlum pandemiya səbəbindən dünyanın ahəngi, insanların bioritimi pozulub. Ona görə də 2021-ci illə bağlı hamını bir sual düşündürür ki, karonavirus pandemiyası bitəcəkmi?


 

 

Əslində bu suala cavab tapmaq o qədər də asan deyil. Zatən asan olsaydı dünya alimləri, tibb mütəxəssisləri, ən güclü laboratoriya və elmi mərkəzlər buna çoxdan konkret cavab verərdi, halbuki cavablar bir-birinə ziddir. Bizim sahəmiz də hansısa xəstəliyin yaranacağı və ya bitəcəyi dövrü hesablaya bilmir, çünki mümkünsüzdür.

 

Sonda onu deyim ki, öküz ili insanlardan iki şeyi istəyir: haqlı və güclü olmağı. Kim bu iki amili özundə cəmləşdirə bilsə, qalib də o olacaq. Buğa və tərəzi aparıcı mövqeyə malik olacaqlar. Öküz ilinin ən aktiv adamları isə öküz, ilan və xoruz illərində dünyaya gələnlərdir.

 

Söhbətləşdi: Gülər

Sfera.az

 

 

 

 

 

Turan Bank
Turan Bank

OXŞAR XƏBƏRLƏR

Toylara icazə verilməlidir – Sosioloq doğum sayındakı kəskin azalmanın fəsadlarından danışdı

Sosioloq Əhməd Qəşəmoğlu: "Nikahların sayının azalması demoqrafik göstəricilərə təsir edəcək, ölkəyə miqrantlar axın edəcək ki, bununla da etnik tərkib dəyişə...

Baydenin Cənubi Qafqaz və Azərbaycan siyasəti Trampdan nə ilə fərqlənəcək?

"Cozef Bayden prezident səlahiyyətlərinin icrasına başlayır. O keçmiş prezident Donald Trampdan fərqli siyasət yürüdəcək".   Sfera.az xəbər verir ki, bun...

Kəmaləddin Heydərovun qardaşı oğlu Rəmişin müalicə xərclərini üzərinə götürdü - FOTO

Məşhur gitara ustası, Xalq artisti Rafiq Hüseynovun ( Rəmiş) səhhətindəki problemlər səngimək bilmir. Sfera.az xəbər verir ki, hepatit C mənşəli xroniki...

Pensiyalar nə qədər artacaq? – Sadə izah

2021-ci ildə də pensiyaların indeksləşdirmə dərəcəsi yüksək olacaq.   Sfera.az bildirir ki, hər il pensiyalar orta əmək haqqının artım tempinə uyğun ol...

Siyavuş Aslanın oğlu televiziyada bu sözləri dedi – Proqramdan sonra Narkoloji Xəstəxanaya yerləşdirildi

Xalq artisti, mərhum Siyavuş Aslanın oğlu xəstəxanaya yerləşdirilib. Sfera.az xəbər verir ki, aktyorun oğlu Çingiz Aslan bir neçə gün öncə "Elgi...

“Hər şey Vüqar Səfərlinin verəcəyi ifadələrdən asılıdır” – Əli Həsənov həbs olunur?

"Dövlətin mətbuata ayırdığı vəsaiti demək olar ki, qanunsuzluqla öz aralarında bölüşdürüblər. Evləri bölüşdürüblər”. Bu sözləri Sfera.az-a açıqlamasınd...