Azərbaycanda məmur “X5”-lə qəzaya düşdü – FOTO - SON DƏQİQƏ !
11:42 / 22.01.2020
2550
Bakı dairəvi yolunda qəza baş verib.
Sfera.az BakuPost-a istinadən xəbər verir ki, Sədərək ticarət mərkəzinə gedən istiqamətdə 41-BC-069 dövlət nömrə nişanlı "BMW X5" markalı avtomobil qəzaya uğrayıb.
Belə ki, idarəetməni itirən avtmobil yolun kənarındakı dəmir baryeri qırıb və təqribən 20 m aşağı- gölə yuvarlanıb.
Maşın tamamilə yararsız hala düşsə də, xoşbəxtlikdən sürücü ciddi xəsarət almayıb.
Qeyd edək ki, sürücü Penitensiar xidmətin əməkdaşıdır.