“Azərbaycanda məktəbli formaları bir neçə çeşiddə olacaq”

“Azərbaycanda məktəbli formaları bir neçə çeşiddə olacaq”
"Azərbaycanda məktəbli formaları bir neçə çeşiddə olacaq”.

Bunu Təhsil naziri Ceyhun Bayramov jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, yaxın vaxtlarda Nazirlər Kabineti nümunəvi məktəbli formalarını təsdiq edəcək: "Bir sıra məktəbli formaları olacaq. Bu proses yaxın bir neçə ay ərzində həyata keçəcək. Həmin məktəbli formalarının çeşidləri təsdiqləndikdən sonra məktəblər onların əsasında seçim həyata keçirə biləcəklər”.

Təhsil naziri xatırladıb ki, hər bir məktəbin daxilində vahid məktəbli formasının olması qanunvericilikdə də nəzərdə tutulub: "Yəni, vahid məktəbli formasının tətbiqi ilə bağlı böyük dəyişikliklər edilməyib. Sadəcə olaraq indiki norma onu ehtiva edir ki, hər bir məktəb öz formasını özü təsdiq etmir. Bir daha deyirəm ki, məktəbli formaları ilə bağlı müxtəlif nümunələr hökumət səviyyəsində təsdiq olunacaq və məktəblər də onlardan birini seçəcəklər”. 
 

OXŞAR XƏBƏRLƏR

Kim Kardaşyan süni intellektdən oğurluq etməkdə ittiham olunur - FOTO

Erməni əsilli Kim Kardaşyan özünün geyim markası “SKIMS”in reklamında rol alıb. Pərəstişkarları isə Kardaşyanın videonu yaratmaq üçün süni intellekt...

Bu yay üçün REKORD İSTİLİK gözlənilir

Berkli Kaliforniya Universitetinin iqlimşünasları qarşıdan gələn yayın temperatur və rütubət rekordlarını qıra biləcəyini proqnozlaşdırıblar. Araşdırmanın nətic...

Arzu etdiyi maşına görə avtosalonda barrikada qurdu

Argentinada bir kişi qeyri-adi piket keçirib.    Sfera.az bildirir ki, Abelardo Usandivaras adlı şəxs bir gün əvvəl beh verdiyi maşının ona veri...

Meymunun turistlərlə çəkdirdiyi selfi gündəm oldu - FOTO

İngilis turistlər Chloe və Craig Dennis İndoneziyanın Bali adasında tətildə olarkən rastlaşdıqları meymunun hərəkətindən şoka düşüblər.   Sfera.az bi...

Ağır xəstə olan Selin Dion çılpaq poza verdi - FOTO

Əzələ sərtliyi sindromu diaqnozu qoyulan Selin Dion səhnəyə qayıtmaq ümidini itirmir. 56 yaşlı kanadalı müğənni xəstəlik diaqnozu qoyulduqdan sonra ilk dəfə çək...

Qadının yaşına lağ etdi: Xəstəxanalıq oldu

Mançesterdə (Böyük Britaniya) 39 yaşlı Emmi Dodd gecə klublarının birində kişiyə hücum etdiyi üçün şərti cəza alıb. Hadisə ötən il sentyabrın 9-da baş versə də,...