Gündəm

Azərbaycanda maska və spirt monopoliyasını kim yaradır?

Azərbaycanda maska və spirt monopoliyasını kim yaradır?

Koronavirus pandemiyasına qarşı mübarizə tədbirləri çərçivəsində effektiv addımlar atılsa da, maska və spirt qıtlığı həllini tapmayıb. 

Sosial şəbəkələrdə vaxtaşırı bu poblem barədə yazırlar. Əməkdaşımızın apardığı araşdırmalar zamanı bəlli olub ki, həqiqətən də apteklərdə maska və spirt qıtlığı yaşanır. İstər Bakıda, istərsə də Azərbaycanın böyük şəhərlərindən olan Sumqayıtda fəaliyyət göstərən 10 aptekin 9-da maska və spirt yoxdur. Aptek işçiləri bildirir ki, onlara maska və spirt məhdudiyyətlə verilir, qıtlığın səbəbi də budur.

Lakin xəbərlər yayılır ki, spekulyantlar qıtlıqdan yararlanaraq maska və spirti baha qiymətə satırlar. Bəzi apteklərin də onlarla əlbir olması barədə iddialar var.

Prezident İlham Əliyev hələ ayın əvvəlində bu məsələyə toxunaraq möhtəkirlərə xəbərdarlıq etmişdi. "Mənə verilən məlumata görə, son vaxtlar apteklərdə maskaların çatışmazlığı müşayiət olunur. Buna heç cür izahat tapmaq mümkün deyil. Çünki bizim kifayət qədər maska ehtiyatlarımız var. Görünür ki, hansısa möhtəkirlər bu vəziyyətdən istifadə edərək öz qanunsuz gəlirlərini artırmaq istəyirlər”, - deyə ölkə başçısı bəyan etmişdi.

Prezident həmçinin əlavə etmişdi ki, bütün hüquq-mühafizə orqanlarına bununla bağlı tapşırıq verilib: "Bütün hüquq mühafizə orqanlarına tapşırıq verilib ki, əgər belə hallar aşkar olunarsa, bu hallara yol verən vətəndaşlara qarşı ən ciddi cəza tədbirləri tətbiq ediləcəkdir. Çünki indiki şəraitdən istifadə edərək, öz tamahını təmin etmək üçün bəd əməllərə üz tutan ünsürlərə qarşı ancaq çox ciddi cəza tədbirləri tətbiq edilməlidir.

Ona görə bir daha Azərbaycan ictimaiyyətini əmin etmək istəyirəm ki, Azərbaycan hökuməti bütün lazımi tədbirləri görür. Bu günə olan mənzərəyə görə, narahatlığa heç bir ciddi əsas yoxdur. Karantində qalan vətəndaşların mütləq əksəriyyətində hələ ki, heç bir xəstəlik əlaməti aşkarlanmayıb. Əgər onların sağlamlığı normal olarsa, lazımi müddətdən sonra evlərinə buraxılacaqlar. Hesab edirəm ki, bu günə qədər bu məlumat kifayətdir. Eyni zamanda göstəriş verilib ki, bu məsələ ilə bilavasitə məşğul olan bütün səhiyyə orqanlarının nümayəndələri – Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta Agentliyi müntəzəm olaraq vətəndaşları məlumatlandırsınlar”.

Görünür, kimlərsə bu xəbərdarlığı unudub. Ümid edirik ki, hüquq-mühafizə orqanları onların yaddaşını təzələyər.

yenisabah.az

XƏBƏR LENTİ

«    May 2020    »
B.eÇ.aÇC.aC.Ş.B
 123
45678910
11121314151617
18192021222324
25262728293031