Azərbaycanda maraqlı toy - VİDEO
11:53 / 17.07.2019
3549
Günün günorta çağı evə girib əllərinə keçəni- toyuq-cücəni, qab-qacağı oğurlayırlar.
Sfera.az Xəzər TV-yə istinadən xəbər verir ki, oğurladıqları qəniməti də özləri ilə aparırlar...
Bütün bu hadisələr isə ev sahibinin gözü önündə baş verir. Sonda oğurlanan malla rəqs edib, sahibindən halallıq alınır.
Oğurluq edənlər isə adətən bəyin dostları olur.
Yerli sakinlərin sözlərinə görə, əvvəllər, hətta iribuynuzlu heyvanları da oğurlayıblar. Bu cür adətlər yüz illərdir ki, davam edir.