Azərbaycanda kütləvi iftar süfrələrinin təşkili yolverilməzdir - Dövlət Komitəsi

Azərbaycanda kütləvi iftar süfrələrinin təşkili yolverilməzdir - Dövlət Komitəsi
"Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Ramazan ayının başlaması ilə bağlı fətvası var. Orada bu məsələlər qeyd edilib. Bütün insanlar pandemiya şəraitinin tələblərinə əməl etməlidirlər. Dindar insanlar cəmiyyətimizin ən həssas və duyarlı bir təbəqəsidir. Əminəm ki, dindarlarımız ölkəmizdə pandemiya qaydalarının tələblərinə əməl edəcəklər".

Sfera.az xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin müavini Gündüz İsmayılov deyib.

Sədr müavini xatırladıb ki, hazırda ölkədəki məscidlər fəaliyyət göstərmir:

"Onların fəaliyyəti üçün hələ ki, münbit şərait yoxdur. Çünki pandemiya şəraiti buna imkan vermir. Ona görə də məscidlərimiz, ziyarətgahlarımız bağlıdır. Sevindirici haldır ki, dindarlarımız da bunu anlayışla qəbul edirlər. Çünki virus və onun yaratdığı fəsadlar hər birimizə bəllidir".
"Adətən, Ramazan ayında yardımlaşma, bir-birini ziyarət etmə və kütləvi iftar mərasimləri təşkil edilir və dinimiz də bunu təqdir edir. Amma QMİ-nin fətvasında buna toxunulub ki, belə iftarların təşkil edilməsi məqsədəuyğun deyil və yolverilməzdir. Buna həm də mövcud vəziyyət və qəbul edilmiş qərarlar imkan vermir. Ona görə də dindarlarımıza tövsiyə edirik ki, öz evlərində ailə üzvləri ilə birlikdə iftar süfrələri açmaq şərti ilə bunu təşkil edə bilərlər", - o əlavə edib.

G.İsmayılov qeyd edib ki, kütləvi iftar süfrəsi açmaq istəyən insanlar ona xərcləyəcəkləri vəsaiti imkansızlara yönəldə bilərlər:

"Bizim məscidlərimizin icmaları, din xadimləri var. Onlar artıq belə kampaniyaya başlayıblar ki, xeyir əməl etmək istəyənlər onlara müraciət etsin və iftara sərf olunacaq vəsait icmaya köçürülə bilər. Həmin vəsait isə təbii ki, ehtiyacı olan insanların iftarı üçün nəzərdə tutulub". // "Report"

OXŞAR XƏBƏRLƏR

İranlı diplomat Estoniya XİN-ə çağırıldı

İranın müvəqqəti işlər vəkili Estoniya Xarici İşlər Nazirliyinə çağırılıb.   Sfera.az xəbər verir ki, bu barədə Estoniya Xarici İşlər Nazirliyinin sa...

Hərbi helikopterlər havada toqquşub: Ekipaj üzvləri həlak oldu

Malayziyada iki hərbi helikopter Lumut bazasında təlim uçuşları zamanı qəzaya uğrayıb. Ekipaj üzvlərindən heç biri sağ qalmayıb.   Sfera.az xəbər ver...

Şoyqunun müavini rüşvətə görə saxlanıldı - FOTO

Rusiya müdafiə nazirinin müavini Timur İvanov rüşvət almaqda şübhəli bilinərək saxlanılıb.   Sfera.az xəbər verir ki, bu barədə Rusiya İstintaq ...

Avtosalon işçisi 3 milyon avroluq “Ferrari”ni qəzaya uğratdı - FOTO

1990-cı ildə istehsal olunmuş “Ferrari F40” Almaniyada qəzaya uğrayıb. Avtomobilə ciddi ziyan dəyib.    Sfera.az bildirir ki, qəzaya...

Üçüncü Dünya Müharibəsi artıq başlayıb - Ukrayna rəsmisindən AÇIQLAMA

Ukrayna Prezidenti Volodimir Zelenskinin aparat rəhbərinin müşaviri Mixail Podolyak hesab edir ki, Üçüncü Dünya Müharibəsi artıq başlayıb.   Sfera.az x...

“WhatsApp”da artıq böyük fayllar göndərilə bilər - YENİLİK

WhatsApp” yaxınlıqdakı istifadəçilərə öz aralarında fayl göndərmək və qəbul etmək imkanı verəcək funksiya üzərində işləyir.   Sfera.az-ın məlum...