Azərbaycanda kriminal avtoritet tutuldu - FOTOLAR

Azərbaycanda kriminal avtoritet tutuldu - FOTOLAR
Şirvan sakinlərindən narkotik və odlu silah aşkarlanıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şirvan regional qrupundan Sfera.az-a verilən məlumata görə, şəhər Polis Şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində qanunsuz silah saxlamaqda şübhəli bilinən şəhər sakini, əvvəllər dəfələrlə məhkum olunmuş Fərid Şirinov saxlanılıb. Onun üzərində şəxsi axtarış aparılan zaman 1 ədəd tapança aşkar olunaraq götürülüb.

Şöbə əməkdaşlarının keçirdiyi digər bir uğurlu əməliyyat tədbiri nəticəsində isə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan Şirvan şəhər sakini, əvvəllər məhkum olunmuş Ceyhun Ağayev saxlanılıb. 
Onun yaşadığı ünvana keçirilən baxış zamanı isə iki büküm "patı” və "şüşə” adlanan psixotrop maddə metanfetamin, altı büküm heroin və bir ədəd elektron tərəzi aşkar edilib.

Faktlarla bağlı hər iki şəxs barəsində Şirvan şəhər Polis Şöbəsində araşdırmalar davam etdirilir.

Lent.az-ın əldə etdiyi məlumata görə, odlu silah gəzdirdiyi üçün saxlanılan Şirvan şəhər sakini Fərid Şirinovun kriminal aləmlə yaxın əlaqələri olub. Bəzi mənbələr onu kriminal avtoritet kimi təqdim edirlər. O, kriminal aləmdə "Fedya Juk" ləqəbi ilə tanınıb. 

OXŞAR XƏBƏRLƏR

Fransada yarım milyard dollara qala satılır - FOTOLAR

Xəbər verdiyimiz kimi, bir vaxtlar Rotşildlər ailəsinin üzvünə, daha sonra isə Mərakeş kralına məxsus olan qala satılır. Fransanın paytaxtı Paris yaxınlığında y...

Kapital Bank Azərbaycanın Bankçılıq Missiyasının ABŞ-yə ilk işgüzarsəfərində iştirak etdi

Azərbaycan Banklar Assosiasiyası (ABA) və ABŞ-Azərbaycan Ticarət Palatasının birgə təşkilatçılığı ilə Azərbaycan Bankçılıq Missiyasının ABŞ-nin Vaşinqton şəhəri...

Anar Ələkbərov o videonu Prezidentlərə göstərdi - VİDEO

Xəbər verdiyimiz kimi, 24 il əvvəl ABŞ Dövlət Departamentinin xüsusi nümayəndəsi, Minsk Qrupunun həmsədri Keri Kavano tərəfindən ulu öndər Heydər Əliyevə təsəll...

Əməkdar artist Firuzə İbadova haqqında yayılan xəbəri təkzib etdi

Əməkdar artist Firuzə İbadova səhnədən gedəcəyi xəbərlərini təkzib edib.    “Unikal” xəbər verir ki, müğənni “F...

Avtobuslarda gigiyenik qaydalara əməl olunmur - VİDEO

Avtobuslarda gigiyenik qaydalara əməl olunmaması halları müşahidə edilib.   Belə ki, sakinlərdən bir çoxu ictimai nəqliyyat vasitəsinin oturacaqların...

Şagirdlərin tətil günləri AÇIQLANDI

Mayın 1-dən dövlət ümumi təhsil müəssisələrində 2023/2024-cü tədris ili üzrə ibtidai siniflər üçün əlavə yaz tətili (1-5 may) başlayır.   Sfera.az xə...