Azərbaycanda kredit faizləri aşağı salınacaq - Millət vəkili açıqladı

Azərbaycanda kredit faizləri aşağı salınacaq - Millət vəkili açıqladı

Xəbər verdiyimiz kimi, Azərbaycanda kredit büroları yaradılacaq. Bu barədə "Kredit büroları haqqında” qanun layihəsində nəzərdə tutulub. Milli Məclisin ilk plenar iclasında layihə müzakirəyə çıxarılıb. Bildirilib ki, problemli kreditlərin həcminin artmaması və maliyyə-kredit sistemində dayanıqlığın təmin olunması üçün kredit bürolarının yaradılmasına ehtiyac var.

Kredit bürolarının yaradılması bankların risklərini azaldacaq. Adıçəkilən qanun layihəsi müzakirələrdən sonra I oxunuşda qəbul edilib. Kredit bürolarının yaradılması maliyyə sektoruna necə təsir edəcək?

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, millət vəkili Tahir Mirkişili bildirib ki, Azərbaycanda kredit bürolarının yaradılması kredit faizlərinin aşağı düşməsinə səbəb olacaq.

Deputat vurğulayıb ki, dünyanın əksər ölkələrində kreditorlar kredit büroları vasitəsilə borc alanların ödəmə qabiliyyəti haqda informasiya əldə edir və mübadilə aparırlar: "Buna zərurət Maliyyə bazarlarında assimetrik (düzgün olmayan) informasiya problemlərini araşdıran çoxsaylı iqtisadçılar tərəfindən sübut olunub. Assimetrik informasiya problemi maliyyə bazarlarında kredit faizlərinin qalxmasına, kredit resurslarının effektiv bölüşdürülməməsinə gətirib çıxardır. Assimetrik informasiya problemi digər mühüm bir problemi – Əlverişsiz Seçim problemini yaradır.

Yəni, banklar demək olar ki, hər kəsə eyni kredit faizi tətbiq edir. Bu problemlərin hamısı Azərbaycanın kredit bazarında müşahidə olunmaqdadır. Kredit faizləri yüksək, bankların kredit resursları qeyri-effektiv bölüşdürülüb, sağlam və qeyri-sağlam kredit sahiblərinə eyni şərtlər tətbiq olunub”.

Deputatın fikrincə, dünya iqtisadçıları belə bir qənaətə gəliblər ki, iqtisadiyyatın effektiv inkişafı informasiya açıqlığı və şəffaflığı olmadan mümkün deyil: "Bunu İtaliyada yerləşən İqtisadiyyat və maliyyə sahəsində tədqiqatlar mərkəzinin (Center for Studies in Economics and Finance) apardığı tədqiqatlar bir daha sübut edir. Kreditləşmənin həcmini və effektivliyinin xarakterizə edən bir çox göstəriciləri seçərək və onları 40 ölkə üzrə qruplaşdıraraq mərkəzin mütəxəssisləri çox maraqlı məlumatlar əldə ediblər. Tədqiqatlar göstərir ki, informasiya mübadiləsinin olmadığı ölkələrdə bank kreditlərinin ÜDM-ə nisbəti 31% i keçmir. İnformasiya mübadiləsinin mövcud olduğu ölkələrdə isə bank kreditlərin ÜDM-in 67%-nə qədər yüksəlir. İnformasiya mübadiləsinin açıq olmadığı ölkələrdə kredit riskləri 15%, kredit itkiləri isə ümümi kredit həcminin 1.31% ni təşkil edir.

Tam tərsinə, informasiya mübadiləsinin açıq olduğu ölkələrdə isə bu rəqəmlər müvafiq olaraq 5% və 0. Müəyyən edilib ki, kredit bürolarının səmərəli fəaliyyəti bank kreditlərinin ÜDM-ə nisbətdə 20%-ə qədər artımını təmin edir. Bundan başqa Kredit riskinin səviyyəsi xeyli azalır, ümumi kreditləşməyə nisbətdə mümkün itkilərin payı azalır”.

T.Mirkişili vurğulayıb ki, maliyyə bazarlarında informasiyanın əlçatanlıq səviyyəsinin arıtırılması kreditləşmənin effektivliyinə müsbət təsir edir: "Bu da nəticədə, ÜDM-in və əmək məhsuldarlığının artımına səbəb olur. Bu baxımdan Azərbaycanda da kredit bürolarının yaradılması kredit faizlərini aşağı düşməsinə, effektiv kreditləşməyə və dolayısı ilə də iqtisadiyyatda kreditləşmənin həcminin artmasına gətirib çıxardacaq”.

azvision

 


OXŞAR XƏBƏRLƏR

Real Barbi olmaq istəyir - FOTOLAR

28 yaşlı Eşli Kimberli Barbi kuklasına oxşamaq üçün əməliyyatlara 80 min funt sterlinqdən çox pul xərcləyib. Amma modelin sözlərinə görə, hələ də işini tam biti...

Süni intellekt sayəsində Platonun dəfn edildiyi yer müəyyən edildi - FOTO

Piza Universitetinin alimləri məşhur filosof Platonun dəfn yerini müəyyən edə biləcəklər.   Sfera.az bildirir ki, tədqiqatçıların araşdırması İtaliya...

“Bi-2” qrupu Moldovadan vətəndaşlıq istədi

Rusiyanın “Bi-2” qrupunun bir neçə üzvü müharibə əleyhinə mövqelərinə görə bir sıra təqiblərdən sonra Moldova vətəndaşlığı üçün müraciət edib. Bu ba...

Beyons pərəstişkarlarına təbii saçlarının necə göründüyünü göstərdi

Məşhur superstar Beyons pərəstişkarlarına saçlarına necə qulluq etdiyini göstərib. O, sosial şəbəkə səhifəsində gözəllik salonundan görüntülər yayımlayıb. &n...

"Super ana": 38 ildə 74 yeniyetməni övladlığa götürdü

83 yaşlı Norma Şou və həyat yoldaşı İan 38 ildə 74 yeniyetməni övladlığa götürüb.    Sfera.az bildirir ki, ana olduğu müddətdə Norma Şou çox şey...

100 il itmiş hesab edilən tablo Vyanada hərracda çıxarıldı

Avstriya paytaxtının hərrac evlərinindən birində məşhur avstriyalı modernist rəssam Qustav Klimtin 100 il ərzində itmiş hesab edilən yarımçıq qalmış əsəri hərra...