“Azərbaycanda koronavirusun ikinci dalğası başlayıb...” – Tanınmış həkimdən SENSASİON AÇIQLAMA

“Azərbaycanda koronavirusun ikinci dalğası başlayıb...” – Tanınmış həkimdən SENSASİON AÇIQLAMA

"Hesab edirəm ki, Azərbaycan da daxil olmaqla bir sıra ölkələrdə yoluxma sayı ilə sağalma statuistikası arasındakı nisbət birincinin xeyrinə davam edirsə, bunu elə pandemiyanın ikinci dalğası kimi dəyərləndirmək olar”.


Sfera.az-a açıqlamasında bu sözləri Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa regionu üzrə direktoru Hans Klyuqenin payızda koronavirusun ikinci dalğası ilə qarşılaşacağımızla bağlı xəbərdarlığına münasibət bildirərkən tibb elmləri doktoru Adil Qeybulla deyib:

 

"Əslində bir sıra ölkələrdə ikinci dalğa artıq özünü göstərir. İstənilən sitiuasiyada buna hazır olmalıyıq. Amma vətəndaş məsuliyyəti də olmalıdır, təəssüf ki,bununla bağlı durum qənaətbəxş deyil. İkinci dalğanın və ya infeksiyanın yenidən vüsət alması insanların prosesə əksər hallarda məsuliyyətsiz yanaşması ilə bağlıdır. İnsanlar SMS icazəsi dövründə bunu gözləmədi, görüşlərdə, ziyafətlərdə oldular, məhəllələrdə oturaraq müxtəlif oyunlar oynamağa üstünlük verdilər. Belədə əksər insanlar mövcud situasiyadan sui-istifadə etdi”.

 

Həkimin sözlərinə görə, insanların məsuliyyətsiz davranışı, maska taxmamaları, qadağaları iqnor edərək harda gəldi, necə gəldi gəzmələri pandemiyanın yeni dalğasının baş qaldırmasına ciddi şəkildə səbəb ola bilər: "Məsuliyyətsiz davranışlar hər halda virusun ömrünün uzanmasına, prosesdə itkilərin artmasına gətirib çıxara bilər. Hesab edirəm ki, karantin tədbirləri tədricən yumlaşdılmalıdır. Müəssisələr işləməlidir. Bununla yanaşı, karantin davranışları sərt olmalıdır. Dövlətin prosesə nəzarəti sərtləşməlidir. Ümumdünya Səhiyyə Təşkilatı məsələyə nöqtə qoyana qədər sosial məsafə saxlamaq, maska taxmaq, əllərin dezinfeksiyası mütləqdir. İndiki halda artıq virusun ikinci dalğasının baş qaldırmasından danışmaq olar. Virusa yoluxanlar sağalanlarla müqayisədə artmaqda davam edirsə, bu dinamika elə ikinci dalğanın başlanması deməkdir”.

 

 

Elçin

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Azərbaycan BMT ilə COP29 çərçivəsində əməkdaşlığı MÜZAKİRƏ ETDİ - YENİLƏNDİ

Azərbaycanda “yaşıl enerji” sahəsinə investiyaların cəlbi, xüsusilə inkişaf etməkdə olan ölkələrin dəstəklənməsi və bu istiqamətdə beynəlxalq əməkda...

Kamaləddin Qafarov: “Şirvan suvarma kanalının yenidən qurulması aqrar sektoru inkişaf etdirəcək”

“Azərbaycan inkişaf və quruculuq yolu ilə inamla irəliləyir. Ölkə Prezidenti cənab İlham Əliyevin rayon və bölgələrə etdiyi mütəmadi səfərlər görülən işlə...

Azərbaycanın məşhur Əməkdar artisti VƏFAT ETDİ - FOTO

Azərbaycanın Əməkdar artisti dünyasını dəyişib.   Sfera.az oxu.az-a istinadən xəbər verir ki, Azərbaycan Dövlət Rus Dram Teatrının əməkdaşı Yuri...

Bakı və Abşeron yarımadasında 29 dərəcə isti oldu - FAKTİKİ HAVA

Aprelin 20-si saat 10:00-a olan məlumata əsasən, ölkə ərazisində hava şəraiti sabit, əsasən yağmursuz keçib. Lakin günün ikinci yarısında bəzi dağlıq ərazilərdə...

Hikmət Hacıye: "Azərbaycanın COP29-a ev sahibliyi etməsi diplomatik və siyasi cəsarətimizin təcəssümüdür"

ADA Universitetində təşkil edilən “Xəzər Hövzəsi Araşdırmaları” proqramının bağlanış mərasimi keçirilib.   Sfera.az xəbər verir ki, ...

Azərbaycanda prokuror VƏFAT ETDİ - FOTO

Baş Prokurorluğun yüksəkvəzifəli əməkdaşı dünyasını dəyişib.   Sfera.az qafqazinfo-ya istinadən xəbər verir ki, prokurorluğun Təşkilat və İ...