Azərbaycanda koronaviruslu xəstələrin dəhşətli görüntüsü: Boğulurlar - VİDEO

Azərbaycanda koronaviruslu xəstələrin dəhşətli görüntüsü: Boğulurlar - VİDEO
 Koronavirusa yoluxan xəstələr... Xəstəxanalarda ölümlə pəncələşən yaşlılar, qocalar, hətta uşaqlar...

Bu xəstəliyin yaşa bağlı olmadığı artıq çoxdan sübut olunub. Ölkə xəstəxanalarının reanimasiya şöbələrində süni tənəffüs aparatlarına qoşulan xeyli sayda insan var. Onlar öz gücləri hesabına nəfəs alacaqları günləri gözləyirlər.

XəzərXəbər-in kameralarını yenidən koronaviruslu xəstələrin müalicə aldıqları palatalara çevirdik. Vəziyyə olduqca ciddidir və biz vətəndaşlar bundan nəticə çıxarmalıyıq.

Xüsusi rejimli xəstəxanalarda ölüm qapının kandarındadır. Onun rəngi hamı üçün eynidir.

Koronavirus infeksiyasına yoluxan xəstələrin yanındayıq. Bu günə qədər bizim üçün sadəcə gündəlik statistika olan koronavirus artıq bütün reallığı ilə qarşımızdadır. Bax bu yaşlı, bu cavan, bizə üzünü göstərmədikləri o körpə yeni növ koronavirus infeksiyasına yoluxub. Kim olduğunu, nə olduğunu bilmədiyimiz bir düşmənlə qarşı-qarşıyayıq. Ölümün səssizliyi qulaq batırır.. O özü ilə nəfəssizliyi gətirir!

Kimisi bir gün əvvəl, kimisi də on gündür xəstəxanaya yerləşdirilib. Hamısını bir xəstəlik, eyni simptomlar birləşdirir. Reanimasiya şöbəsində nəfəs bədəndən deyil, aparatlardan alınıb verilir.

Həkimlər həyəcan təbili çalırlar. Dünyasını dəyişən insanların sayının daha da artmaması üçün, bu boğulan, qanı çəkilən xəstələrin çoxalmaması üçün bizdən öz canımızın qeydinə qalmağı xahiş edirlər.

Həkim Cavid Paşayev virusa yoluxan xəstələrin evdə müalicə olunmağının qəti əleyhinə olduğunu və bu müalicənin onların sağalma şansını azaltdığını deyir. O bildirir ki, vəziyyət belə davam etsə.

Bax, burada yaşlı adamın iynəsinin vaxtıdır. Tibb bacısı çəkilişimizi yarıda saxlayıb xəstəyə müdaxilə etməyə tələsir.

Bir neçə gün əvvələ qədər o, öz xəstələrini müalicə edirdi, indi isə həmkarları onun qulluğunda dayanıb. Bu günə qədər heç bir virusa yoluxmayan, qripin nə olduğunu bilməyən həkim Məmməd Abbasov sağalacağı günü gözləyir. Xəstələrinin harayına çatmaq üçün.

Həyatımız bir çox hallarda öz əlimizdədir. Gəlin onu koronavirus infeksiyasına qurban verməyək! Axı həyat yaşamağa dəyər...



OXŞAR XƏBƏRLƏR

Azərbaycan malyariyadan azad olan ölkələrdən biridir - ÜST 

Aprelin 25-i dünyada Ümumdünya Malyariya Günü kimi qeyd edilir.  Sfera.az Anadolu Agentliyinə istinadən xəbər verir ki, Azərbaycan 2023-cü ildən malya...

Bakıda ilk dəfə işıqforlarda velosiped bölmələri quraşdırılır

Bakıda ilk dəfə işıqforlarda velosiped bölmələrinin quraşdırılmasına başlanılıb.   Sfera.az bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabe...

Bu həşarata görə dünyada şokolad qiymətləri BAHALAŞIR

Qərbi Afrikada kakao ağaclarına düşən virus qlobal miqyasda şokoladın qiymətlərinin artmasına səbəb olsa da, tədqiqatçılar xəstəliyin qarşısını almaq üçün yeni ...

İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında OLDULAR - YENİLƏNDİ - FOTO

Azərbaycan Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov aprelin 25-də Ağdamda Şahbulaq qalasında olublar.   Sfera.az xə...

Zelenskidən ABŞ-yə MÜRACİƏT: “Putinin planları...” 

Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ xalqına təşəkkür edib.   Sfera.az bildirir ki, o, həmçinin Prezident Baydenə minnətdarlığını bildirib. ...

"Liverpul"un oyunçusu: "Heç kim təsəvvür etməzdi..." 

"Liverpul"un müdafiəçisi Vircil van Deyk mersisaydlıların Premyer Liqada çempionluq yarışında iştirakından danışıb.   Sfera.az bildirir ki...