Azərbaycanda koronaviruslu bu xəstələr evdə qalacaqlar - Baş nazirdən QƏRAR

Azərbaycanda koronaviruslu bu xəstələr evdə qalacaqlar - Baş nazirdən QƏRAR
 Baş Nazir Əli Əsədov "Azərbaycan Respublikasının ərazisində hava-damcı yolu ilə keçən yoluxucu xəstəliklər zamanı karantin nəzarətinə götürülmə Qaydaları”nın təsdiq edilməsi barədə” Nazirlər Kabinetinin 2020-ci il 1 may tarixli 161 nömrəli Qərarında dəyişiklik edib.

Sfera.az xəbər verir ki, sənədə əsasən, qərarın adı dəyişdirilir. Qərar "Azərbaycan Respublikasının ərazisində hava-damcı yolu ilə keçən yoluxucu xəstəliklər zamanı karantin nəzarətinə götürülmə və təcrid olunma Qaydaları” adlandırılır.
 
Qərara əsasən, sənəd yoluxucu xəstəliyə yoluxma faktı təsdiq edilmiş şəxslərə şamil ediləcək.

Sənədə görə, koronavirusa yoluxmuş xəstələrlə təmasda olan şəxslərin karantin nəzarətinə götürülməsi qaydası da dəyişdirilib. Belə ki, həmin şəxslər mənzili (evi) tərk etməməlidir.

Bundan başqa, aparılmış laboratoriya müayinələri nəticəsində yoluxucu xəstəliyə yoluxma faktı təsdiq edilmiş şəxslər yoluxucu xəstəliyin müalicəsi üçün ayrılmış xüsusi tibb müəssisəsinə yerləşdirilirlər. Yoluxucu xəstəliyə yoluxma faktı təsdiq edilmiş şəxslər xəstəliyi yüngül formada keçirdiyi hallarda və onların xüsusi tibb müəssisəsindən kənarda müalicə olunması mümkün hesab edildikdə, onlar həkim rəyinə əsasən bu Qaydaların 4.5-ci bəndində göstərilənlərə riayət etməklə, yaşadıqları və ya olduqları yerdə təcrid olunurlar və onların üzərində bu Qaydaların 4.4-cü bəndinə uyğun olaraq tibbi müşahidə həyata keçirilir.

OXŞAR XƏBƏRLƏR

Üçüncü Dünya Müharibəsi artıq başlayıb - Ukrayna rəsmisindən AÇIQLAMA

Ukrayna Prezidenti Volodimir Zelenskinin aparat rəhbərinin müşaviri Mixail Podolyak hesab edir ki, Üçüncü Dünya Müharibəsi artıq başlayıb.   Sfera.az x...

“WhatsApp”da artıq böyük fayllar göndərilə bilər - YENİLİK

WhatsApp” yaxınlıqdakı istifadəçilərə öz aralarında fayl göndərmək və qəbul etmək imkanı verəcək funksiya üzərində işləyir.   Sfera.az-ın məlum...

NATO-nun baş katibi Polşada nüvə silahının peyda olması ehtimalını rədd etdi

NATO öz nüvə qüvvələrinin konfiqurasiyasını və Polşa ərazisində müvafiq silahlar yerləşdirməyi planlaşdırmır. Sfera.az TASS-a istinadən xəbər verir ki, bu ...

Günü-gündən cavanlaşan milyonçu sirlərindən birini paylaşdı 

Hər il cavanlaşmaq üçün milyonlarla dollar xərcləyən amerikalı İT milyarderi Brayan Conson sirlərindən birini paylaşıb. Bu barədə o, YouTube-dakı son videoların...

“Azərreyl” çempion oldu

Qadın voleybolçulardan ibarət komandaların mübarizə apardığı Azərbaycan Yüksək Liqasında bu gün cari mövsümün final oyunu keçirilib.   Sfera.az xəbər...

Zelenski Bakıya dəvət edildi: Putin də gələcək?

Prezident İlham Əliyevin ukraynalı həmkarı Vladimir Zelenskini noyabrda Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfr...