Azərbaycanda koronavirusla bağlı yalan məlumat yayan qadın həbs olunub

Azərbaycanda koronavirusla bağlı yalan məlumat yayan qadın həbs olunub

"What’s app” sosial şəbəkə istifadəçisi olan bir qadın həmin şəbəkə vasitəsi ilə "Koronavirus” pandemiyası ilə əlaqədar guya Şəmkir rayonu ərazisində vəziyyətin ağır olduğunu, Gürcüstan Respublikasının Marneuli rayonundan Azərbaycan Respublikasına gəlmiş bir ailənin yeddi üzvünün virusa yoluxması və həmin şəxslərin digər vətəndaşlara da virus yoluxdurması barədə heç bir dövlət qurumlarının rəsmi məlumatlarına istinad etmədən, reallığı əks etdirməyən və cəmiyyətdə çaşqınlıq yarada biləcək uydurma məlumatlar yayıb.


Sfera.az xəbr verir ki, Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin Gəncə regional qrupundan APA-nın yerli bürosuna verilən məlumata görə, sözü gedən səs yazısı ilə əlaqədar Şəmkir Rayon Polis Şöbəsində araşdırmalar başlanılıb.


Həyata keçirilən müvafiq tədbirlərlə həmin qadının Gəncə şəhər sakini, 1979-cu il təvəllüdlü Elmira Məmməd qızı Məmmədova olması müəyyən edilib və o, aidiyyəti üzrə Rayon Polis Şöbəsinə dəvət olunub.


 

Aparılmış araşdırmalarla E. Məmmədovanın hərəkətlərində İnzibati Xətalar Məcəlləsinin 388.1-ci (İnternet informasiya ehtiyatında və ya informasiya-telekommunikasiya şəbəkəsində yayılması qadağan edilən informasiyanın yerləşdirilməsi) maddəsində nəzərdə tutulmuş xətanın əlamətləri müəyyən edildiyindən, əməlinə hüquqi qiymət verilməsi üçün barəsində toplanmış materiallar rayon məhkəməsinə göndərilib və məhkəmə tərəfindən həmin qadın barəsində inzibati həbs qətimkan tədbiri seçilib.


OXŞAR XƏBƏRLƏR

Gənc qız burun əməliyyatında öldü

Qax rayonunda xəstəxanada ölüm hadisəsi baş verib. Sfera.az xəbər verir ki, hadisə Qax rayon Mərkəzi Xəstəxanasında baş verib. Balakən rayon sakini, ...

Nardaran sakini silahını polisə təhvil verdi

Nardaran sakinindən odlu silah götürülüb. Sfera.az xəbər verir ki, bu barədə unikal.org-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib. ...

Azərbaycan əsgəri həlak olub

Bu gün saat 05:40 radələrində "Qazax” əlahiddə sərhəd diviziyasının Qazax rayo­nu­­­nun Daş Salahlı kəndi ya­xın­lığındakı sərhəd döyüş məntəqəsində xidmət...

“Veysəloğlu” şirkətinin gizli anbarı aşkar olundu

Təxminən bir ay əvvəl Sabunçuda İqtisadiyyat Nazirliyi tərəfindən "Veysəloğlu” şirkətinin gizli ərzaq deposu aşkarlanıb. İndex.az xəbər verir ki, bu b...

Hacıqabulda daha bir zəlzələ

AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb. Sfera.az xəbər verir ki, yerli vaxtla saat 08:22-də Qobustan stansiyasından 32 km cənub-q...

Sumqayıtda zibil qabından yeni doğulmuş körpənin meyiti tapıldı

Sumqayıtda zibil qabından meyit tapılıb. Sfera.az APA-ya istinadən məlumat verir ki, hadisə şəhərin 2-ci mikrorayon ərazisində qeydə alınıb. Həmin ərazidək...