No Image

Azərbaycanda koronavirusla bağlı müsbət dinamika - Önümüzdəki günlərdə... -VİDEO

Azərbaycanda koronavirusla bağlı müsbət dinamika - Önümüzdəki günlərdə... -VİDEO
 

Avropa ölkələri daxil olmaqla, dünya ölkələrində COVİD-19 pandemiyasının yenidən alovlanması və ikinci dalğanın başlanması müşahidə olunur. Bir çox ölkədə statistika yoluxma dinamikasının gün keçdikcə mənfiyə doğru getməsindən xəbər verir. Ölkəmizdə isə vəziyyət tam nəzarətdədir. Yoluxanlarla sağalanların nisbətindəki müsbət dinamika önümüzdəki günlərdə vəziyyətin daha da sabitləşəcəyi anlamına gəlir.

Ölkəmizdə koronavirusa yoluxma statistikasındakı 200-lü rəqəmlər sonuncu dəfə 4 iyun tarixində qeydə alındı - 262 yoluxma. Bu tarixdən 20 gün sonra, yəni 24 iyunda yoluxma sayında ən pik göstərici müşahidə olundu - 590. Artıq bir neçə gündür ki, COVİD-19 virusundan sağalanların sayı yoluxanların sayını üstələyir.

Ölkə vətəndaşlarının səbr və təmkinli davranışı, karantin qaydalarına riayət etmələri, fərdi məsuliyyət və dövlət tərəfindən görülən işlər nəticəsində ölkəmizdə müsbət dinamika müşahidə olunur. Millət vəkili Rasim Musabəyov deyir ki, pandemiya maliyyə imkanları çox olan ölkələrə baxmır.

Rasim Musabəyov – millət vəkili: "Varlı İtaliya, varlı İspaniyada vəziyyət Vyetnamdakından xeyli daha ağır oldu. Biz görürük ki, səhiyyəsinə ən böyük maliyyə vəsaiti xərclənən ölkə olan ABŞ-da - harada ki, səhiyyənin səviyyəsi hamıdan yüksəkdir - bu gün yoluxanların və ölənlərin sayı qat-qat çoxdur.

Azərbaycanda həm insanlar arasında düzgün izahat işləri apara bildik, həm də dövlət imkanlarını doğru istiqamətdə səfərbər edə bildik. Səhiyyəmiz mobilizasiya olundu, lazım gəldiyi halda xaricdən əlavə mütəxəssislər cəlb olundu. Karantin tədbirləri uzadılaraq proses tam nəzarətə götürüldü. Biz indi bu tədbirlər sayəsində müsbət dinamikanı müşahidə edirik".

Ölkəmizdə müsbət dinamikanın davam etməsi üçün qaydalara əməl etməyimiz vacib şərtdir. Xüsusilə də qapalı yerlərdə, insanların sıx olduqları məkanlarda tibbi maskalardan istifadə etməyimiz ən başlıca amillərdəndir.

Hümmət Əhmədov – həkim-infeksionist: "Biz bir dəfə may ayında sərt karantin rejiminindən çıxdıq. TƏBİB-in bütün təlimatlarının hazırlanmasına, ölkədə və ictimaiyyət tərəfindən təbliğat aparılmasına baxmayaraq, insanlarımızda arxayınlıq yarandı. Buna görə də Covid-19 virusundan xəstələnən insanların sayı 500-ü keçməyə başladı. Dövlətimiz, həkimlərimiz tərəfindən əldə olunmuş bu müsbət dinamika davam etməlidir".

Qeyd edək ki, Latın amerikası ölkələrində dövlətlər vaxtında tədbirlər görmədiyi üçün vəziyyət nəzarətdən çıxıb. Bu ölkələrdə yoluxma və ölüm sayı həndəsi silsilə ilə çoxalmaqda, səhiyyə sistemi üçün ağır problemlər yaratmaqdadır.

Şükür olsun ki, Azərbaycanda koronavirusla bağlı mövcud vəziyyətin nəzarətdən çıxmaması üçün bütün qüvvələr səfərbər edilib. Biz də vətəndaş olaraq qaydalara əməl etməklə dövlət tərəfindən görülən tədbirlərə dəstək olmuş olarıq.


(baku.ws)

OXŞAR XƏBƏRLƏR

Yoluxma hər gün artır - Azərbaycanda karantin rejimi uzadıla bilər - VİDEO

  Mayın 4-dən sərtləşdirilmiş xüsusi karantin rejiminin yumşaldılması, məhdudiyyətlərin aradan qaldırılması mümkün olsa da yoluxma sayında artımlar baş ve...

“Lotu Quli”nin yeni görüntüləri yayıldı – VİDEO

  Kriminal aləmdə "Lotu Quli” ləqəbi ilə tanınan Nadir Səlifovun yeni görüntüsü yayılıb. Sfera.az xəbər verir ki, Sosial mediada paylaşılan  hə...

Saxlanılan erməni diversiya qrupunun komandiri danışdı - VİDEO

  Xəbər verdiyimiz kimi, avqustun 23-də saat 05:45 radələrində cəbhənin Goranboy rayonu istiqamətində Ermənistan silahlı qüvvələrinin diversiya-kəşfiyyat ...

Karantin rejimi sentyabrın 1-dən ləğv edilir? - VİDEO

  Artıq 6 aydır ki, istəsək də, istəməsək də, koronavirusla birgə yaşamağa məcbur qalmışıq. Bir sıra dünya ölkələri sərt karantin rejimindən çıxıb v...

Yüksək vəzifəli şəxsin qızın nişanından VİDEO yayıldı...

  Azərbaycanda daha bir məmur pandemiya dönəmində övladına nişan mərasimi keçirib. Sfera.az xəbər verir ki, bu barədə "Ölkə.Az" saytı məlumat yayıb....

“Lotu Quli”nin heç yerdə olmayan görüntüsü yayıldı – VİDEO

  "Lotu Quli” ləqəbi ilə tanınan "qanuni oğru” Nadir Səlifovun yeni görüntüləri yayılıb. Video  mərhum "qanuni oğru” qardaşı Namiq Səlifovun oğlunu ...