Azərbaycanda koronavirusla bağlı HƏYƏCAN TƏBİLİ
11:30 / 16.12.2020
1526
"Müharibə və koronavirus pandemiyası Azərbaycanın səhiyyə sisteminə yük yaradıb”.
Sfera.az xəbər verir ki, bunu virtual mətbuat konfransında ÜST-ün Azərbaycandakı nümayəndəsi Hande Harmancı bildirib.
Onun sözlərinə görə, tibb işçiləri arasında COVID-19-a yoluxma və ölüm qeydə alınır:
"Onların təhlükəsizliyi və COVID-19-dan qorunması çox vacibdir”.
"Azərbaycanda koronavirusa yoluxma hər kəsi narahat edir. Bununla da bəzi xəstəxanalar COVID-19 üçün ayrılıb. Əksər bölgələrdə avadanlıq və testlər kifayət qədərdir.
Bəzi bölgələrdə laboratoriyaya tələblərin artması səbəbindən diaqnostik test nəticələri daha gec əldə edilir”, - deyə o vurğulayıb.
Ümumdünya Səhiyyə Təşkilatının Səhiyyə ilə bağlı Ehtiyacların Qiymətləndirilməsi Missiyasının dekabrın 8-12-də ÜST-ün missiyası Səhiyyə Nazirliyi və TƏBİB-in nümayəndələri ilə birlikdə Gəncə, Tərtər, Ağdam və Bərdədə 12 tibb müəssisəsinə səfər etdiyini xatırladan H.Harmancı bunları qeyd edib:
"Ümumilikdə bütün tibb işçiləri çətin dövrdə əllərindən gələni edirlər və etməyə davam edirlər. Təcili tibbi yardım maşınları COVID-19-a yoluxma sayının artması səbəbindən daha gərgin işləyirlər. Missiyanın əsas məqsədi ümumi əhali üçün psixoloji və sosial dəstəyin artırılması, insanların həyatlarını xilas etmək və səhiyyə yükünün azaldılması üçün yoluxma sayının artırılmasının dayandırılması, tibb işçilərinin qorunması və sairdir”.