Azərbaycanda koronavirusdan ölənlərin sayı kəskin artdı

Azərbaycanda koronavirusdan ölənlərin sayı kəskin artdı
Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 1 101 yeni yoluxma faktı qeydə alınıb, 311 nəfər müalicə olunaraq sağalıb.
 
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Sfera.az-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 9 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 352 926 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 335 336 nəfər müalicə olunaraq sağalıb, 5 072 nəfər vəfat edib. 12 518 nəfər aktiv xəstə sayını təşkil edir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6 947, bu günə qədər isə ümumilikdə 4 123 715 test icra olunub.

OXŞAR XƏBƏRLƏR