Azərbaycanda koronavirusa yoluxanların yaşları açıqlandı

Azərbaycanda koronavirusa yoluxanların yaşları açıqlandı
 "Ölkədə koronavirusa yoluxanlardan 640 nəfəri kişi, 557 nəfəri isə qadınlardır”.

Sfera.az xəbər verir ki, bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.

"Yoluxanları yaş qruplarına görə bölsək, 0-9 yaş arasında 66 nəfər, 10-19 yaş arası 60, 20-29 yaş arası 175, 30-39 yaş arası 214, 40-49 yaş arası 198, 50-59 yaş arası 248, 60-69 yaş arası 157, 70-79 yaşarası 56 nəfərdir”.

"80 və yuxarı yaş qrupunda isə 23 nəfərdə yoluxma qeydə alınıb”, - deyə sədr əlavə edib.

OXŞAR XƏBƏRLƏR