Azərbaycanda koronavirusa yoluxanların təxmini sayı açıqlandı

Azərbaycanda koronavirusa yoluxanların təxmini sayı açıqlandı
"Azərbaycanda 9 milyona yaxın insan "COVID-19” virusuna yoluxmadığı üçün vaksinasiya vacibdir”.

 

 

Sfera.az-ın verdiyi xəbərə görə, bunu TƏBİB-in departament müdiri Yaqut Qarayeva deyib. O bildirib ki, ölkədə 226 mindən çox koronavirusdan sağalmış insan var:


 

"Onlardan əlavə virusa yoluxsa da, test verməyən yaxud xəstəliyin mərhələsindən asılı olaraq testin nəticəsi neqativ olsa da, virusa yoluxan şəxslər də var. Onları da nəzərə alsaq, bu say 1 milyona çata bilər. Yəni, hələ də 8-9 milyon insan "COVID-19” virusuna yoluxmayıb. Buna görə də vaksinasiya vacibdir ki, virusa yoluxma sayı artmasın və xəstəliyi ağır keçirən, reanimasiyaya düşən xəstələrin sayı azalsın”.


OXŞAR XƏBƏRLƏR