Azərbaycanda koronavirusa yoluxanların son vəziyyəti AÇIQLANDI

Azərbaycanda koronavirusa yoluxanların son vəziyyəti AÇIQLANDI
Hazırda koronavirus olan 3 xəstəmiz var. Onların vəziyyəti stabildir, müşahidə altında saxlanılırlar”.

Sfera.az aztv.az-a istinadla xəbər verir ki, bunu TƏBİB-in Xəstəliklərin profilaktikası və kontrolu şöbəsinin müdiri Yaqut Qarayeva "Əsas məsələ” verilişində deyib.

Şöbə müdiri bildirib ki, hələ yanvarın 30-dan etibarən koronavirus infeksiyasının qarşısının alınması üçün profilaktik tədbirlər planı olub: "Bu plan Nazirlər Kabineti tərəfindən təsdiq edilmişdi.

Plana uyğun olaraq bütün aidiyyəti qurumlara, o cümlədən də TƏBİB-ə tapşırıqlar verilmişdi. Ölkəmizdə virusa yoluxma qeydə alınmamışdan qabaq infeksiya sərhədlərimizə yaxınlaşdığı zaman Nazirlər Kabineti yanında qərargah yaradıldı, tədbirlər intensivləşdirildi”.

TƏBİB rəsmisi söyləyib ki, hələ yanvar ayında Azərbaycanın Çindəki səfirliyi tərəfindən rəsmi sənəd göndərilib:

"O sənəddə Çin Xalq Respublikasında bu xəstəliyin yayılması zamanı müşahidə olunan bütün xüsusiyyətlər qeyd olunmuşdu. Çünki bu, yeni bir virusdur. Oradakı həkimlər virusun patogenizi, klinik xüsusiyyətləri və müalicədə istifadə olunan dərman preparatları haqqında məlumat vermişdilər. Onun əsasında da biz o vaxt artıq plan tərtib etmişdik.

Qeyd etmək istəyirəm ki, bu xəstəliyin əsas müalicəsi dəstəkvericidir. Çünki infeksiyanın hələlik xüsusi peyvəndi və dərmanı yoxdur. Digər kəskin resperator infeksiyalar kimi dəstəkverici terapiya ilə müalicə aparılır. Hətta məlumatlar var ki, heç bir müalicə olmadan, yüngül formada koronavirusdan yaxa qurtarmaq olur”.

OXŞAR XƏBƏRLƏR

Gürcüstan parlamentinin sədri AŞ-dən izahat tələb etdi

Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili Litva səfirliyindən Avropa Parlamentinin üzvü Petras Austraviçiusun açıqlamaları ilə bağlı izahat tələb edib. &n...

Bayden ABŞ-də “TikTok”u qadağan edən qanunu imzaladı

ABŞ Prezidenti Co Bayden ölkədə “TikTok”u qadağan edən qanun imzalayıb.   Qanuna əsasən, əgər yaxın 9-12 ay ərzində sosial şəbəkənin sahi...

Prezidentlər Aytmatovun abidəsinin açılışında... - FOTO

Aprelin 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Bakıda görkəmli qırğız yazıçısı Çingiz Aytma...

Bakıda Qırğız kino günlərinin açılışı oldu

Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Azərbaycanda Qırğız Mədəniyyəti Günləri davam edir. Silsilə tədbirlər çərçivəsində Nizami Kino Mərkəzində Qırğız kino...

Meyxanaçı nəvəsinə Polad Həşimovun adını verdi

Meyxanaçı İntiqam Rüstəmov baba olub.   Sfera.az xəbər verir ki, bu barədə sənətçi "7 Tamam" verilişində bildirib. Sənətçinin sayca dördünc...

Mask: "Qərbdə gec-tez vətəndaş müharibəsi başlayacaq"

Qərbdə vətəndaş müharibəsi gec-tez başlayacaq, istəsək də, istəməsək də. Sfera.az xəbər verir ki, bunu amerikalı iş adamı İlon Mask X sosial şəbəkəsində ya...