Koronavirusa yoluxanların sayı şişirdilir? - “Manipulyasiya başqa rəqəmlərdədir...”
17:02 / 12.03.2021
3063
"Azərbaycanda
koronavirusa yoluxanların sayı gedərək artır. Operativ Qərargahın rəqəmləri
şişirtdiyini qətiyyən düşünmürəm”.
Sfera.az
xəbər verir ki, bunu tibb üzrə fəlsəfə doktoru, tanınmış həkim Vasif İsmayıl
deyib. O bildirib ki, koronavirusa bir dəfə yoluxan şəxslər yenidən yoluxa bilər:
"Ona görə
də peyvənd olunmuş şəxsləri diqqətli olmağa çağırıram. Daha əvvəl yoluxma,
yaxud peyvənd olunmaq zirehli jilet geyinmək kimidir. Hələ də bədəninizdə gülləyə
açıq sahələr var, qəlpə isə jileti də dələ bilər”.
Mütəxəssis
düşünür ki, TƏBİB-in açıqladığı rəqəmlərdə manipulyasiya yoxdur: "Manipulyasiya
başqa rəqəmlərdədir. Azərbaycanda proqnozlaşdırılan ümumi yoluxma sayı 2
milyona çatmır”.
V.İsmayılın
sözlərinə görə, koronavirusa rəğmən, əhali Novruz bayramını sərbəst keçirə biləcək:"Düşünürəm ki, qapanmalar martın sonu yaxud aprelin 3 və ya 4-cü həftəsində gələ
bilər. Novruz günlərindən başlayaraq yoluxma rəqəmləri daha da artacaq”.
Sfera.az