Azərbaycanda koronavirusa yoluxanların sayı artdı - 23 nəfər vəfat etdi
16:38 / 30.11.2021
1644
Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 1 678 yeni yoluxma faktı qeydə alınıb, 1 934 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Sfera.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 23 nəfər vəfat edib.