Azərbaycanda koronavirusa yoluxanların sayı 400-ü ötdü
20:31 / 24.07.2021
1531
Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 412 yeni yoluxma faktı qeydə alınıb, 125 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Sfera.az-a verilən məlumata görə, son sutka ərzində koronavirus infeksiyasından ölən olmayıb.
Qeyd edək ki, dünən koronovirusa 371 yoluxma qeydə alınıb.