Azərbaycanda koronavirusa yoluxan qadının ərindən gözlənilməz əməl - ŞOK

Azərbaycanda koronavirusa yoluxan qadının ərindən gözlənilməz əməl - ŞOK
 

Samuxda koronavirusa yoluxan qadının əri həkim briqadasına və polisə yaba ilə hücum edib.

Sfera.az  APA-ya istinadla xəbər verir ki, hadisə ötən gün qeydə alınıb.

Samux Rayon Mərkəzi Xəstəxanasının həkim briqadası polis əməkdaşlarının müşayiəti ilə rayonun Füzuli kəndində koronavirusa yoluxmuş bir qadını müalicə üçün xüsusi karantin xəstəxanasına yerləşdirmək məqsədi ilə onun yaşadığı ünvana gedib. Bu zaman qadının həyat yoldaşı həkim briqadasının işinə maneçilik törədərək müqavimət göstərib və əlindəki yaba ilə onlara hücum edib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov APA-ya açıqlamasına faktı təsdiqləyib. Bildirib ki, həkimlərə hücum edən kişi dərhal zərərsizləşdirilib: "Həkimləri müşayiət edən polis əməkdaşları dərhal hadisəyə müdaxilə edib və həyatlarını riskə ataraq hücum edən şəxsi zərərsizləşdirərək saxlayıblar”.

E.Zahidov həmçinin qeyd edib ki, koronavirusa yoluxan qadın xüsusi karantin xəstəxanasına yerləşdirilib.

Qadın ərinin barəsində isə İnzibati Xətalar Məcəlləsinin 535-ci maddəsi ilə inzibati protokol tərtib edilib.

OXŞAR XƏBƏRLƏR

SON DƏQİQƏ! Azərbaycanda daha bir vəzifəli şəxs koronavirusa yoluxub

  Mingəçevir şəhər Təhsil şöbəsinin müdiri koronavirusa yoluxub. APA-nın Mingəçevir bürosunun məlumatına görə, Mingəçevir şəhər Təhsil Şöbəsinin müdiri S...

Azərbaycanlı tanınmış şairdə koronavirus aşkarlandı

Şəhriyar Del Gerani koronavirusa yoluxub. Sfera.az bildirir ki, bu barədə kulis.az-a şair özü məlumat verib. O, bildirib ki, koronavirus testi pozitiv çıx...

SON DƏQİQƏ! Azərbaycanda rüşvət alan daha bir vəzifəli şəxs HƏBS EDİLDİ

  Ölkəmizdə təhsil sektorunun inkişafına yönələn dövlət proqramları və layihələrin icrası nəticəsində təhsil xidmətlərinin müasir tələblər səviyyəsində qu...

DSMF- nin əməkdaşı həbs edildi - SON DƏQİQƏ!

  Azərbaycanda daha bir vəzifəli şəxs cinayət məsuliyyətinə cəlb edilib. Azərbaycan Respublikası Baş Prokurorluğunun, Əmək və Əhalinin Sosial Müdafiəsi N...

SON DƏQİQƏ: Ağdaşda xüsusi əməliyyat keçirildi — Rüşvət alan daha bir yüksək vəzifəli tutuldu

  Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi Ağdaşda xüsusi əməliyyat keçirib.  Sfera.az xəbər verir ki, əməliyyat zamanı Əmək ...

SON DƏQİQƏ: Azərbaycanda rəis və 3 vəzifəli şəxs İŞDƏN ÇIXARILDI

  Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət SosialMüdafiə Fondunun Qusar rayon şöbəsinin rəisi Arif Tahirov və şöbənin 3 əməkdaşı işdən ç...